/ / Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi təşkil edilib
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi təşkil edilib
01.06.2017 [10:09]
Moskvadakı Poklonnaya Qorada Rusiya Müftilər Şurası tərəfindən inşa edilmiş “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Günü təşkil edilib və iftar verilib.
İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və axşam duası oxuyub.
Moskva müftisinin müavini Marat-Həzrət Arslanov müxtəlif millətlərdən olan müsəlmanların toplaşdığı tədbirə gələnlərin salamlayıb və bu iftarın təşkil edilməsinə görə onların adından Heydər Əliyev Fonduna, şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Onun sözlərinə görə, artıq 12-ci ildir ki, Poklonnlaya Qorada “Ramazan çadırı” açılır və Azərbaycan Respublikası, Heydər Əliyev Fondu hər il bu tədbirdə iştirak edir.
Marat-Həzrət Arslanov deyib: “Bu gün əla gündür, günəşli havadır, elə bil Azərbaycanın bir hissəsi qısa müddətə Moskvaya gəlib. Fürsətdən istifadə edib, mənəvi ənənələrin və dini mədəniyyətin dəstəklənməsində iştirakına görə Heydər Əliyev Fonduna təşəkkür etmək istəyirəm”.
O, üzərində Qurandan surələr yazılmış dekorativ narı Müftilər Şurası adından Heydər Əliyev Fondunun nümayəndəsi Ayan Həsənovaya təqdim edib və bu hədiyyəni ən xoş arzularla Leyla Əliyevaya çatdırmağı xahiş edib.
Sonra Moskva müsəlmanları oruclarını açaraq Azərbaycan milli xörəklərinin nümunələrini və şirniyyat növlərini dadıblar.
İftar mərasimində Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, “Baku” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nümunələri səslənib, Azərbaycan barədə ən yaxşı bilik viktorinası keçirilib. Tədbir iştirakçıları Azərbaycanın tarixinə və dövlət rəmzlərinə aid suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, İslam dininə etiqad bəsləyən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə iştirak edir, dindarlar üçün iftar təşkil edir.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

