Bakı Atatürk Liseyində Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışılıb
14.06.2017 [10:02]
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra liseyin müdiri Hüseyn Dəmirəl çıxış edərək növbəti tədris ilinin başa çatmasının müstəqil Azərbaycanın tarixində mühüm yer tutan 15 İyun - Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyini bildirib. O deyib: “Milli Qurtuluş Gününün əhəmiyyətinin, Azərbaycanın müstəqilliyinin ilk illərində cərəyan edən hadisələrin mahiyyətinin şagirdlərə daha dolğun şəkildə çatdırılması üçün bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir”.
H.Dəmirəl görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb. O, 1993-cü il iyunun 15-nin xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olduğunu vurğulayıb, məhz bu günün Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi addımlamasına əsaslı təminat yaratdığını diqqətə çatdırıb.
Liseyin müdiri qeyd edib ki, Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində son illər Azərbaycanın iqtisadi qüdrəti daha da artıb, müstəqil respublikamız dünya birliyində öz layiqli yerini tutub.
Sonra liseyin müəllimi Sabir Alim Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məruzə ilə çıxış edib. Məruzəsində 1993-cü ilin iyun ayının əvvəllərində ölkəmizdə baş verən proseslərə diqqəti çəkən natiq bildirib ki, məhz Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulub, Azərbaycanın müstəqilliyi məhv olmaq təhlükəsindən xilas edilib: “Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu. Həyata keçirilən siyasət nəticəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu”.
Tədbir liseyin şagirdlərinin ifasında Ulu öndər Heydər Əliyevə və Milli Qurtuluş Gününə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49

