MÜSİAD-ın Bakı şöbəsi iftar süfrəsi təşkil edib
19.06.2017 [16:10]
Abdurrahman Uzun: MÜSİAD 68 ölkədə 181 filialı olan qlobal bir gücdür
Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) Bakı şöbəsi iftar süfrəsi təşkil edib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganerin, MÜSİAD sədrinin müavinləri Ali Reis Topçunun, Adnan Bostanın, Kerim Altıntaşın, ATİB başqanı Cemal Yanqının, TÜİB sədri Ali İhsan Gencin, eləcə də qardaş ölkədən və Azərbaycandan olan iş adamlarının, həmçinin ölkəmizin aparıcı KİV təmsilçilərinin iştirak etdikləri mərasimi MÜSİAD-ın Azərbaycan şöbəsinin icraçı katibi Muhterem Öz açıb.
Sonra çıxış edən MÜSİAD-ın Azərbaycan şöbəsinin rəhbəri Abdurrahman Uzun "MÜSİAD 68 ölkədə 181 filialı olan qlobal bir gücdür. MÜSİAD sadəcə iş adamları dərnəyi deyil, ölkə problemlərinin həllində üzərinə məsuliyyət götürən bir qurumdur" deyib.
Çıxışında azərbaycanlı və türkiyəli iş adamlarının əməkdaşlığından məmnunluğunu ifadə edən Abdurrahman Uzun MÜSİAD-ın Azərbaycanda fəaliyyətə başlamasının zəruriliyi barədə də danışıb. Onun sözlərinə görə, MÜSİAD-ın dünyanın başqa ölkələrində qurduğu iş əlaqələri Azərbaycan üçün inanılmaz fürsətlər yaradacaq.
Sonra Bakıda səfərdə olan MÜSİAD sədrinin müavini Adnan Bostan göstərilən etimada görə Azərbaycan Prezidentinə təşəkkür edib. Bostan dəyəri yüksək məhsulların istehsalı və güclü texnologiyaya sahib olmaq üçün Azərbaycanla əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Mərasimdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki ölkə arasındakı işgüzar əlaqələrdən danışıb. Çıxışında "Keçmişdən dərs almalıyıq. Bizə güclərinin çatmayacağını bilənlər içimizdəki xainlərlə bunu etməyə çalışdılar. 15 iyuldan çox yaxşı dərs götürməliyik. Ən əsası birliyimizi qorumağımızın vacibliyidir. Birlikdə yaşamağa, birlik olmağa məcburuq" deyən Erkan Özoral sərhədlərdən kənarda birlik və bərabərliyin daha əhəmiyyətli olduğunu vurğulayıb.
O həmçinin bildirib ki, MÜSİAD və digər iş adamları Azərbaycan iqtisadiyyatına böyük dəstək verir: "Azərbaycanda qeyri-neft sektoruna ən çox sərmayə yatıranlar məhz türk iş adamlarıdır. Bütün imkanlarımızla Azərbaycana hər sahədə dəstək olmağa hazırıq, həmişə də hazır olacağıq. Birlikdə olsaq, türkün səsini dünyaya çatdıra bilərik".
NADİR
Xəbər lenti
Hamısına baxİdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17

