Türkiyədə ölkəmizdən bəhs edən daha bir kitab işıq üzü görüb
09.08.2017 [15:49]
Türkiyənin ölkəmizdəki səfirliyinin keçmiş mətbuat müşaviri Bülənt Uğur Azərbaycanla bağlı xatirələrini qələmə alıb
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Bülənt Uğur ölkəmiz haqqında xatirələrini qələmə alıb. "Gazetecinin diplomasi defteri/ Azerbaycan anıları" adlı kitab bu ilin may ayında İstanbuldakı "Ozan" mətbəəsində işıq üzü görüb.
Kitabda müəllifin Azərbaycanda fəaliyyət göstərdiyi 5 il (2005-2010) ərzində ölkəmizdə rəsmi şəxslərlə, həmçinin müxtəlif sahələrin təmsilçiləri ilə keçirdiyi görüşlər, qatıldığı toplantılar, KİV təmsilçiləri ilə təmasları, ölkəmizin regionları haqqında təəssüratları və Türkiyə-Azərbaycan əlaqələrinə dair fikirləri öz əksini tapıb. Doqquz bölmədən ibarət olan kitabda eyni zamanda, ölkəmizin tarixi keçmişi, Çanaqqala savaşında şəhid olan azərbaycanlılar, Nuru paşanın Bakının erməni-bolşevik işğalından azad olunmasında göstərdiyi qəhrəmanlıqlar, habelə, Azərbaycan dili, təhsili, mədəniyyəti, mətbəxi və iqtisadiyyatı haqqında da ətraflı məlumatlar var.
Qeyd edək ki, Bülənt Uğurun mətbuat müşaviri kimi ölkəmizə gəldiyi ilk gündən vəzifə səlahiyyəti başa çatanadək olan zaman kəsiyində baş vermiş maraqlı hadisələr haqqında məlumatların və rəngarəng fotoların yer aldığı kitab qardaş Türkiyədə ölkəmizin tanıdılması istiqamətində növbəti qiymətli bir mənbə rolunu oynaya bilər.
Yeri gəlmişkən, "Ön söz" hissəsində kitabın araya-ərsəyə gəlməsi səbəbləri barədə maraqlı fikirlər bildirən müəllif yazıb ki, "Əslində bu, həyatımın bəlli bir dönəmində yaşadıqlarımı əks etdirən "avtobioqrafik xatirə" olaraq qəbul edilə biləcək bir kitabdır".
Bülənt Uğur yazıb ki, kitabda bəhs edilənlər "Oğuzların Eli" Azərbaycanın bir dönəmini və Türkiyə-Azərbaycan əlaqələrinin həmin dönəmdəki vəziyyətini izah etməyə xidmət göstərir: "Bir diplomatın yaşamı, əlaqələri və müxtəlif duyğularını hər sətirdə hiss edəcəksiniz".
Bülənt Uğur, eyni zamanda, Azərbaycan mətbuatı haqqında fikirlərinin də kitabda əks olunduğunu yazıb.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

