“700 bal mənim üçün, sadəcə, uğurun başlanğıcıdır”
15.08.2017 [10:12]
Azərbaycanda daha bir imtahan həyəcanı geridə qalıb. Belə ki, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq artıq ixtisas seçimi ediblər.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. Belə ki, I ixtisas qrupu üzrə maksimum nəticə əldə edən rekordçulardan biri də 220 nömrəli məktəb-liseyin məzunu olan Xalidə Əliyevadır.
Redaksiyamızın qonağı olan X.Əliyeva əməkdaşımızla söhbətində imtahana necə hazırlaşmasından danışıb: “Bütün imtahan boyu abituriyentə lazım olacaq iki nüans var ki, biri həyəcanı dəf etmək, ikincisi isə diqqətli olmaqdır. İmtahan günü həyəcanım minimum səviyyəsində idi. Özüm də buna çox təəccübləndim. İlk növbədə, bütün sualları diqqətlə oxumağa çalışdım. Adətən bildiyimiz suallarda çox vaxt mexaniki yanlışlıqlara yol veririk. İmtahanın əvvəllərində asan sualları, daha sonra isə çətin və çox vaxt apardığını hesab etdiyim fənlərin suallarını cavablamaqla davam etdim. Son saata saxlamadım, çünki yorğunluqdan səhvə yol verə bilərdim. Əslində xırda nüans kimi görünsə də, imtahan zamanı düzgün vaxt bölgüsü çox önəmli faktordur”.
Rekord bal toplayan abituriyentin sözlərinə görə, kiçik yaşlarından 700 bal toplamağı qarşısına məqsəd qoyub: “Çox vaxt deyirlər ki, 700 bal toplamaq şans məsələsidir. Qətiyyən bu fikirlə razı deyiləm. 6-cı sinifdə oxuyarkən sinif rəhbərimin mənə 700 bal toplaya biləcək potensialımın olduğunu deyən andan qarşıma məqsəd qoymuşdum. Kiçik yaşımın olmasına baxmayaraq, artıq böyük hədəflərim var idi. Çünki olduqca prinsipial biriyəm və hər zaman ən yaxşısını əldə etmək istəmişəm. Bundan sonra da böyük hədəflərim var. Bir sözlə, 700 bal mənim üçün, sadəcə, uğurun başlanğıcıdır”.
Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçən X.Əliyeva bundan sonrakı hədəflərini də bizimlə bölüşüb: “Ali məktəbi birinciliklə bitirmək və dil bilgimi artırmaq istəyirəm. Magistr təhsilimi isə xarici ölkədə davam etdirməyi düşünürəm. Daha sonra ölkəmə qayıdıb bilik və bacarığımı burada tətbiq etmək istəyirəm”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10

