WSJ: ABŞ bəzi yaşıl kart müraciətçilərindən 100 min dollar təminat tələb edə bilər
16.07.2026 [16:31]
ABŞ bəzi yaşıl kart (“green card”) müraciətçilərindən təxminən 100 min dollar məbləğində maliyyə təminatı tələb etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti bu yeniliyin az sayda ölkənin vətəndaşları üzərində sınaqdan keçirilməsini təklif edir. Qəzet həmin ölkələrin adlarını açıqlamayıb.
Mənbələrin bildirdiyinə görə, təminat məbləği hər bir konkret haldan asılı olaraq dəyişə bilər və müraciətçidən 100 min dollardan daha az və ya daha çox məbləğ tələb oluna bilər.
Təminatın məqsədi ABŞ-a köçdükdən sonra özünü maddi cəhətdən təmin edə bilməyən yaşıl kart sahibləri ilə bağlı mümkün xərclər üçün maliyyə zəmanəti yaratmaqdır.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqqott qəzetə açıqlamasında bildirib ki, Prezident Donald Tramp ABŞ-yə köçmək istəyən şəxslərin maliyyə baxımından müstəqil olmalarının vacibliyini vurğulayıb.
ABŞ administrasiyasının planına əsasən, digər ölkələrdəki ABŞ konsulluqları vasitəsilə yaşıl kart üçün müraciət edən şəxslər təminat ödəməli olacaqlar. Vəsaitlər isə yalnız ABŞ vətəndaşlığı alındıqdan sonra geri qaytarıla bilər. Qəzetin məlumatına görə, bu proses adətən ən azı beş il davam edir.
Qeyd edək ki, yaşıl kart (rəsmi adı “United States Permanent Resident Card”) ABŞ vətəndaşı olmayan şəxslərə ölkədə daimi yaşamaq və işləmək hüququ verən sənəddir.
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
İqtisadiyyat
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22

