Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubadlının Ermənistan tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

Qubadlının Ermənistan tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

01.09.2017 [20:28]

Qubadlı rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar olaraq rayon İcra Hakimiyyəti Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında tədbir keçirib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanındakı abidənin önünə əklil qoyublar, xiyabandakı məzarlar ziyarət edilib, şəhidlərin məzarları üzərinə qərənfil dəstələri düzülüb.
Çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Qubadlı rayonunun Ermənistan tərəfindən işğal olunmasının 24-cü ilinin tamam olduğunu bildirib. Zəngin tarixə malik olan rayonun bütün əmlakının erməni işğalçıları tərəfindən talan edildiyini bildirən rayon İcra Hakimiyyətinin başçısı düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakininin şəhid olduğunu, 200 nəfərə yaxınının ağır yaralandığını, 300-dən artıq rayon sakininin əlil olduğunu, 100 nəfərdən çoxunun itkin düşdüyünü bildirib. Rayon sakinlərindən 11 nəfərin Milli Qəhrəman adına layiq görüldüyünü söyləyən M.İsaqov hazırda 37 min nəfərdən artıq Qubadlı sakininin respublikamızın 42 rayonunda məcburi köçkün həyatı yaşadığını deyib: “Rayon əhalisinin əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində məskunlaşıb. Hansı bölgədə məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür. Ötən 24 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz, Prezidentimiz cənab İlham Əliyev məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirib. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil”.
M.İsaqov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi prosesi yüksək səviyyədə davam etdirilir və ordumuz daim inkişaf edir, təkmilləşir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, Silahlı Qüvvələrimiz nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdir. Xüsusilə qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən aprel döyüşlərində fərqlənən rayon sakinlərinə - Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilib, Qasımov Faiq Qaçay oğlu “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Digər çıxış edənlər Ermənistanın təcavüzkar siyasətinə qarşı beynəlxalq dairələrin kifayət qədər qəti mövqe nümayiş etdirmədiyindən təəssüfləndiklərini, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlara qayıdacaqlarına inamlarını ifadə ediblər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31