Leoni Mergenin “Qarabağ kolleksiyası” Britaniyanın “Vogue” jurnalında
06.09.2017 [10:18]
Berlində yaşayan Leoni Mergen moda üzrə ən öndə gedən alman dizaynerlərindən biridir. Berlində Beynəlxalq İncəsənət Universitetində təhsil almış və “Patrik Helman” kimi elitar moda evlərində təcrübə keçmiş dizaynerin sənəti zəngin, ənənəvi və avanqard üslubların qarışığından ilhamlanır və bütövlükdə Avropa zərifliyi ilə ifa edilir.
AZƏRTAC xəbər verir ki, bu ilin əvvəlində almaniyalı dizaynerin 2017 - Payız/Qış Kolleksiyasının təqdimatı keçirilib.
Modelyerin Berlində “Mercedes-Benz”, sonra isə Londonda keçirilən moda həftələrində təqdim olunan kolleksiyası modelyerlər, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. “Qarabağ Kolleksiyası” (“Karabakh Collection”) adlanan bu layihə əsasını Azərbaycanın Qarabağ bölgəsindən götürür.
Leoni Mergen “Qarabağ Kolleksiyası”nı Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoni Mergenin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksesuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.
Kolleksiyanın uğur qazanması nəticəsində Britaniyanın “Vogue” jurnalının sentyabr buraxılışının “Dizayner profile” bölməsində geniş yer ayrılıb. Burada dizayner haqqında ətraflı məlumat verilir və “Qarabağ Kolleksiyası”nın zərif ipəklə işlənmiş ən gözəl geyimlərindən biri təqdim olunur. Daha sonra jurnalın internet səhifəsində London podiumundan hazırlanan videomaterial yerləşdirilib.
Britaniyanın “Vogue” jurnalının sonuncu buraxılışı xüsusilə əlamətdardır. Belə ki, bu, 25 il jurnalın redaktoru olmuş Aleksandra Şulmanın rəhbərliyi altında işıq üzü görən son buraxılışdır.
Qeyd edək ki, “Vogue” jurnalının dövriyyəsi 22 min nüsxə təşkil edir və bir milyona yaxın oxucu auditoriyası var.
Əlavə məlumat əldə etmək üçün bu linkdən istifadə etmək olar: www.leoniemergen.com
Xəbər lenti
Hamısına baxSiyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08

