Zaqatalalı sahibkar: Dövlətin çayçılığın inkişafına dəstəyi bizi ürəkdən sevindirir
06.09.2017 [10:18]
Prezident İlham Əliyevin Sədrliyi ilə sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı Azərbaycanda çayçılığın çox böyük ənənələri olduğunu vurğulayaraq, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası və dirçəldilməsi ilə bağlı başlanan işlərin növbəti illərdə daha da sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları qarşısında konkret vəzifələr qoydu, sahibkarlara tapşırıq və tövsiyələrini verdi. Müşavirədə səslənən fikirlər çayçılıq sahəsində çalışan digər sahibkarlar kimi, məni də ürəkdən sevindirir. Mən bir daha əmin oldum ki, dövlət kənd təsərrüfatının digər sahələri kimi, çayçılığın inkişafına da öz dəstəyini əsirgəməyəcək və bu sahə tezliklə yeni inkişaf mərhələsinə qədəm qoyacaq.
Bu fikirləri respublika müşavirəsinin iştirakçısı, “Zaqatala-Çay” MMC-nin sədri Abdulməcid Şabanov AZƏRTAC-a müsahibəsində deyib.
Cəmiyyətin sədri bildirib ki, hazırda Zaqatala rayonunda çay plantasiyalarının ümumi sahəsi 60 hektar olsa da, bu plantasiyaların yalnız 18 hektarı məhsuldardır. Qalan plantasiyalar uzun illər istismarda olduğundan hazırda istifadə üçün yararsız vəziyyətdədir.
Sahibkar bildirib ki, sovetlər dönəmində Zaqatala çay fabrikində ildə 60-65 ton quru çay istehsal olunurdu. İndi isə bu göstərici 5-6 tona düşüb. Cari ilin yaz mövsümündə müəssisədə 5-6 ton quru çay istehsal olunub. Çay plantasiyalarına qulluq və məhsulun yığımı ilə əlaqədar 50-yə yaxın fermer ailəsi ilə müqavilə bağlanılıb. “Zaqatala buketi”, “Ekstra”, əla və birinci növ adları ilə buraxılan Zaqatala çayı satış üçün əsasən respublikanın daxili bazarlarına göndərilir. Bir kiloqram çayın qiyməti keyfiyyətindən və növündən asılı olaraq 12-33 manat arasında dəyişir.
Müsahibimiz deyib ki, məhsuldarlığın aşağı düşməsi son illər havaların həddindən artıq quraq keçməsi ilə əlaqədardır. Çay isə rütubətsevən bitkidir. Plantasiyalar dağlıq ərazidə yerləşdiyi üçün suvarılmasında da müəyyən çətinliklər yaranır. Plantasiyaların əksər hissəsi ötən əsrin ortalarında salınıb. Artıq onların istismar müddəti başa çatıb. Yeni plantasiyaların salınması isə çox böyük vəsait tələb edir. Çayçılığı inkişaf etdirmək üçün dövlət tərəfindən bu sahəyə böyük məbləğdə uzunmüddətli kredit ayrılmalıdır. Bu kreditin verilməsi və qaytarılması şərtləri də digər kreditlərdən fərqlənməlidir. Məsələn, heyvandarlığa yatırılan sərmayəni bir-iki ildən sonra qaytarmaq mümkündür. Ancaq yeni salınan çay plantasiyası yalnız 6-8 ildən sonra məhsul verir. Bu müddət ərzində isə plantasiyalara həm də qulluq olunmalıdır.
Çayçılığın inkişaf etdirilməsi ilə bağlı atılan addımların çox böyük əhəmiyyəti olduğunu vurğulayan cəmiyyətin sədri bildirib ki, hazırda ölkəmizdə istehsal olunan çay məhsulları daxili tələbatın təxminən 10-15 faizini ödəyir. Çayın qalan hissəsi xaricdən valyuta ilə alınır. “Bu sahənin inkişaf etdirilməsi daxili tələbatı tam şəkildə ödəməklə yanaşı, valyuta ehtiyatlarının ölkədən kənara çıxarılmasının qarşısını alacaq və beləliklə, ölkənin iqtisadi qüdrətinin artmasına müsbət təsirini göstərəcək”, - deyə A.Şabanov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

