Azərbaycan multikulturalizmi Bosniya və Herseqovinada amerikalı politoloqun təqdimatında
25.10.2017 [10:00]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) tədqiqat təcrübəsi keçən ABŞ-dan olan jurnalist və siyasi araşdırmaçı Peter Teys Bosniya və Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib. Tədbir universitetin 10 illik yubileyi ilə əlaqədar BBMM-in təşkilatçılığı və professor dr. Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub. Peter Teys mühazirəsində Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib. Mühazirədə eyni zamanda Azərbaycanın qədim arxitektura ənənələri, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektur baxımından unikallığı vurgulanıb.
Peter Teys Azərbaycanın 25 ildən çoxdur işğal olunmuş ərazilərində aparılan ətraf mühitin məhv edilməsi, mədəni və dini abidələrin tamamilə dağıdılmasına yönəldilmiş fəaliyyət və Azərbaycanın mülki vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən 1987-ci ildən bu günə qədər öldürülməsi həqiqətlərindən danışıb: “Ermənistan və Azərbaycan arasında münaqişənin müasir mərhələsi 1987-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xankəndi ərazisindəki hücumları ilə başlamış, daha sonra Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 7 ətraf rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bütün bu ərazilər etnik təmizləməyə məruz qaldı, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyinetmə ilə bağlı iddialarına baxmayaraq 1 milyona yaxın azərbaycanlı öz dogma torpaqlarından zorla çıxarılmış, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər”.
Peter Teys müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgəyaşayışı, eləcə də yəhudilərin Azərbaycanda məskunlaşması üçün şəraitin yaradılması, kompakt halda məskunlaşdıqları Quba rayonu Qırmızı Qəsəbəsinin unikallığı, eləcə də Azərbaycanda antisemitizmin mövcud olmamasını, buranın onlar üçün təhlükəsiz məkan olduğunu qeyd edib.
Mühazirədə eyni zamanda Sarayevo və Bakı şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında sazişin 42 illik yubileyi xüsusi vurğulanıb. 200-ə yaxın tələbənin, həmçinin Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin müşaviri Elnur Quliyevin də iştirak etdiyi mühazirədə Peter Teys adıçəkilən hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söz açıb, 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç və 2017-ci ilin sentyabrında Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç arasında olan yaddaqalan görüşü xatırladıb.
ABŞ-dan olan siyasi araşdırmaçı universitetin tələbələri ilə görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi tədbirlər, eləcə də Mərkəzin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin rəhbərliyi ilə universitetdə mövcud təcrübə, Amerikan Mərkəzi, Çin mədəniyyət mərkəzi və müxtəlif dillərdə tədqiqat aparmağın mümkünlüyü barədə məlumat verib. Universitetin kitabxanasına Azərbaycan multikulturalizminə dair kitablar hədiyyə olunub.
Sarayevo şəhərinə səfəri zamanı Peter Teys eyni zamanda şəhər federal radiostansiyasının səhər proqramına müsahibə verib və Azərbaycan həqiqətləri barədə geniş söhbət açıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

