Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tur-aksiya iştirakçısı: Bölgələri gəzdikcə Vətənimizə daha çox bağlanırıq

Tur-aksiya iştirakçısı: Bölgələri gəzdikcə Vətənimizə daha çox bağlanırıq

14.11.2017 [10:21]

“Qədim tarixə malik şəhərləri, əsrarəngiz təbiəti, gözəl adət-ənənələri və maraqlı turizm obyektləri olan bir ölkədə yaşadığıma görə özümü xoşbəxt hesab edirəm”.
Bu fikirləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə iştirakçısı, Ucar şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Murad Hacıyev Qəbələ ilə tanışlıq zamanı AZƏRTAC-a müsahibəsində söyləyib.
Ucar məktəblisi daha sonra deyib: “Sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurlar biz məktəbliləri də ürəkdən sevindirir. Ekskursiya etdiyimiz Qəbələ rayonunda bu inkişafın bir daha şahidi olduq. Hər yerdə tikinti-quruculuq işləri gedir. Bu gözəllikləri gördükcə doğma Vətənimizə daha çox bağlanırıq”.
Murad Hacıyev artıq bir neçə ildir “Ölkəmizi tanıyaq” devizi ilə bölgələrə təşkil edilən və minlərlə şagirdin dünyagörüşünün artmasında böyük rol oynayan bu tur-aksiyada iştirak etməyin ona da qismət olmasına görə çox sevindiyini bildirib: “Qəbələ mənə xoş təəssürat bağışladı. Bu rayonun əsrarəngiz gözəlliyi var. Qəbələ həm qədim, həm də müasir şəhərdir. Biz sabah Qəbələdən Şəkiyə yola düşəcəyik. Mən Qəbələ kimi, Şəkiyə də ilk dəfə səfər edəcəyəm. Ümid edirəm ki, Şəkidən də xoş təəssüratlarla ayrılacağam”.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31