Dövlət Proqramı turizm sektorunun yüksək gəlirli sahəyə çevrilməsinə imkan yaradacaq
14.08.2009 [14:26]
Azərbaycanda turizmin inkişaf perspektivləri haqqında qəbul olunan bütün qərarlar ölkənin turizm potensialından səmərəli istifadə edilməsinə və bu sahədə iqtisadi fəallığın xeyli artmasına imkan yaradır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013)”nın 31-ci bəndində bu məsələnin öz əksini tapması dövlətin bu vacib sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. ümumiyyətlə, son illər ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi böyük səmərə verib, ölkəyə turist axınını xeyli sürətləndirib.
Bu məsələ ilə bağlı fikirlərini qəzetimizə söyləyən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, turizm sənayesi Azərbaycanda yaranan gənc sahələrdən biridir: “Turizm sektorunun tərəqqisi üçün əlbəttə ki, müəyyən qədər zaman tələb olunur. Məsələn, Türkiyədə turizmin inkişafı 80-ci illərə təsadüf edir. Həmin dövrdə dünyanın bir çox dövlətlərində xidmət sahələrində öz sözünü demiş türkəsilli iş adamları bu sahəyə vəsait yatırmaqla Türkiyədə turizmi inkişaf etdirdilər. Digər tərəfdən, bu dövrdə Türkiyədə turizm sektoruna sərmayə yatıran iş adamları üçün gömrük, vergi və digər sahələrdə güzəştlər edildi ki, bu da turizmin sürətli inkişafını təmin etdi. Azərbaycanda isə bu sahə bu gün inkişaf etməyə başlayır. Bəzi sərmayədarlar artıq Azərbaycanın müxtəlif yerlərində istirahət üçün əlverişli infrastruktur yaradıblar”.
Turizmin müxtəlif növlərinin olduğunu diqqətə çatdıran komitə sədri vurğulayıb ki, Azərbaycan bu sahədə özünəməxsusluğu dünya dövlətlərindən fərqlənir: “ölkəmizdə ov etmək, ekzotik turizm növlərini yaratmaq üçün yaxşı potensial var. Dənizlə meşənin birləşdiyi məkanlar var ki, bu cür təbiət məhz, turistlərin diqqətini cəlb edir”.
Bununla yanaşı, Azərbaycanda turizm sektorunun inkişafına təsir edən problemlərin olduğunu söyləyən Hadi Rəcəbli ölkəmizdəki istirahət mərkəzlərinin baha olması məsələsinə də aydınlıq gətirib: “Bəli, bu gün Azərbaycanda turizm sahəsi baha olması ilə seçilir. Bunun da bir neçə səbəbləri var. Yəni, bu sahədə çalışan insanlara hər hansı bir güzəşt yoxdur. Amma kənd təsərrüfatı sahəsində çalışan insanlara müəyyən güzəştlər olduğu üçün bu sektorda canlanma müşahidə olunur.
Digər tərəfdən isə turizm mövsümü ilə bağlı müəyyən tənzimləmələr olmalıdır. Reallığa baxanda görürük ki, Azərbaycanda turizm mövsümü iyul ayının sonundan avqust ayına qədərdir, yəni, cəmi 35 gün. Amma əslində, turizm mövsümü mayın 15-dən oktyabr ayının 15-dək olan müddəti əhatə etməlidir. Əgər bu müddət insanlar arasında bərabər və düzgün bölüşdürülərsə, o zaman turizm məhsullarının da qiyməti aşağı olar”.
“Turizm məhsullarının qiymətlərinin ucuzlaşması məsələsini qiymət siyasəti ilə də tənzimləmək olar” deyən komitə sədri söyləyib ki, burada əsas vəzifə insanların normal qiymətlərlə istirahətini təşkil etməkdir: “Turizmin pik vaxtı olur ki, o zaman yalnız qiymət manevrləri hesabına istirahət kompleksləri planı doldura bilirlər. Əgər ümumi nəzarət olarsa, qiymətlər bərabər paylaşdırılarsa, məhz, turizm müddətini 6 ayadək uzatmaq olar”.
ölkəyə turistlərin cəlb edilməsi yollarından danışan Hadi Rəcəbli deyib ki, bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi böyük işlər görə bilər: “Turistik bölgələrimizə xarici ölkələrdən istirahət etmək istəyən insanları cəlb etmək üçün çarter təyyarə reysləri açmaq olar. Burada da qiymətlər tənzimlənməlidir. Yəni, bu mövsümdə uçuş qiyməti adi qaydadan müəyyən qədər ucuz olmalıdır”.
Hadi Rəcəbli, həmçinin, söyləyib ki, ötən il dünyada baş verən ciddi maliyyə böhranına baxmayaraq, Azərbaycana gələn xarici turistlərin sayı 2007-ci ilə nisbətən 39,4 faiz artaraq 1,4 milyonu keçib: “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013)”nda turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabət qabiliyyətli müasir kompleksləri yaratmaq, bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək mühüm vəzifə kimi göstərilib. Sənəddə turizm infrastrukturunun və sənayesinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanması, tətbiqi, ölkədə turizm zonalarının hüquqi statusunun, marşrutların müəyyən olunması nəzərdə tutulub. Həmçinin turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ayrı-ayrı şəhər və rayonlarda mədəniyyət obyektlərinin təmir-bərpası, yenilərinin tikintisi, tarixi-mədəniyyət obyektlərində konservasiya işlərinin aparılması, eləcə də, dağ turizminin inkişafı əsas prioritet məsələlər kimi qarşıya qoyulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35

