Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Belarusda yaşayan azərbaycanlılar birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyirlər

Belarusda yaşayan azərbaycanlılar birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyirlər

08.04.2018 [10:09]

Belarusda yaşayan azərbaycanlılar 11 aprel prezident seçkilərində birmənalı olaraq cənab İlham Əliyevə dəstək verəcək. Bu fikri ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı münasibət bildirən Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov bildirib. Onun sözlərinə görə, prezident seçkiləri hər bir xalqın taleyində müstəsna rol oynayır. Təbii ki, seçilən insanın kimliyi bir ölkənin imicini formalaşdırır: “Mən tez-tez dünyanın müxtəlif ölkələrində idman yarışlarında oluram. Hər dəfə müxtəlif məclislərdə İlham Əliyev haqqında söylənilən fikirləri dinləyəndə qəlbim fəxarət hissi ilə döyünür. İlham Əliyev dünya liderləri arasında o liderdir ki, Onun haqqında yalnız və yalnız yüksək fikirlər eşitmək mümkündür. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdiyi Azərbaycanı yüksələn xətlə inkişaf etdirərək ona bütün sahələrdə böyük uğurlar qazandırıb. Son 15 il ərzində Onun rəhbərliyi ilə Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrilib. İndi beynəlxalq siyasi müstəvidə Azərbaycanın nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, o artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Hazırda Azərbaycan bir çox sahələrlə yanaşı dünyanın mədəniyyət, turizm və idman mərkəzlərindən birinə çevrilib. Bu istiqamətdə ilk addım kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən “Eurovision” mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana cəlb edə bildi. Bunun ardınca ölkəmizdə bir-birindən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi, 2015-ci ildə bütün dünyanı heyran edən birinci Avropa Oyunlarının, bu ilin iyun ayında isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili yüz milyonlarla insanın diqqətini Azərbaycana yönəltdi. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdan gələn prezident seçkilərində İlham Əliyev şəksiz qalib gələcək. Bu baxımdan dünyanın bütün ölkələrində olduğu kimi Belarusda yaşayan soydaşlarımız da cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir, Onun qarşıdan gələn prezident seçkilərində qalib gələcəyinə əminliklərini bildirirlər”.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31