Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
13.07.2018 [09:37]
Muxtar respublikada müasir avtobusların alınaraq xəttə buraxılması və tələbata uyğun hərəkət qrafikinin seçilməsi sərnişindaşıma xidmətinin səviyyəsini xeyli artırıb.
İyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edərək deyib ki, muxtar respublikada nəqliyyatın inkişafı sahəsində kompleks tədbirlər görülür. Sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkət qrafikinə nəzarət olunur, şəhərdaxili və rayonlararası marşrutlar müasir avtobuslarla təmin olunur. Hazırda 6 avtobus Naxçıvan-Bakı və Naxçıvan-İğdır istiqamətində, 56 avtobus isə Naxçıvan şəhərində 8 marşrut xətti üzrə fəaliyyət göstərir. Yeni alınan avtobuslar Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin səviyyəsini daha da artıracaqdır. Mirsənani Seyidov nəqliyyatın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Muxtar respublikada bütün sahələrdə inkişaf və tərəqqi vardır. Bu inkişaf və tərəqqi insanların rahat yaşayışına və rifahına xidmət edir. Yeni avtobusların alınıb istifadəyə verilməsi də əhalinin rahat hərəkətinin təmin olunmasına, eləcə də sərnişindaşıma xidmətinin nümunəvi təşkilinə hesablanmışdır”.
Ali Məclisin Sədri deyib: “Ordubad Dəmiryol Stansiyasının istifadəyə verilməsi, yeni sərnişin qatarlarının alınıb gətirilməsi və bu gün müasir avtobusların təqdim olunması muxtar respublikada nəqliyyatın inkişafı sahəsində görülən işlərin davamıdır. Cəmiyyətin bütün təbəqələri nəqliyyat sahəsindən istifadə edir. Ona görə də nəqliyyat sistemi və bu sahə üzrə göstərilən xidmət nümunəvi təşkil olunmalı, nəqliyyat vasitələri müasir tələblərə cavab verməlidir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutlarla təmin olunub. Hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir. Bütün bunlar da əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, istehsal etdikləri məhsulları vaxtında bazara çıxarmalarına imkan verir”.
Ali Məclisin Sədri deyib: “Nəqliyyatın inkişafı günün tələbidir. Muxtar respublikada da nəqliyyat sisteminin müasirləşdirilməsi qarşıda duran əsas vəzifədir. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bu sahədə ardıcıl tədbirlər görülür, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar yenilənir. Bu gün təqdim olunan avtobuslar da muxtar respublikanın vəsaiti hesabına alınıb gətirilib. Yeni avtobusların alınması hesabına həm də yeni iş yerləri açılıb. Ona görə də avtobuslardan səmərəli və uzun müddət istifadə olunmalı, onlar qorunmalı, əhaliyə nümunəvi xidmət göstərilməlidir”.
Ali Məclisin Sədri avtobusların xəttə buraxılması və yeni iş yerlərinin açılması münasibətilə kollektivi və sürücüləri təbrik edib.
Sonra Ali Məclisin Sədri açarları sürücülərə təqdim edib və avtobuslara baxıb.
Məlumat verilib ki, yeni alınan “KİNG-LONG XMQ 52” markalı 5 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar mexaniki sürət qutusu ilə təchiz edilib. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki AVRO 4 standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və 9 siyirməli şüşə, eləcə də 2 elektron məlumat tablosu quraşdırılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14

