/ / Azər Zeynallı: 700 bal toplamaqla kifayətlənməməli, daha böyük zirvələri fəth etməyə can atmalıyıq
Azər Zeynallı: 700 bal toplamaqla kifayətlənməməli, daha böyük zirvələri fəth etməyə can atmalıyıq
09.08.2018 [08:59]
2018-2019-cu tədris ili üçün I-IV ixtisas qrupları üzrə öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş abituriyentlər artıq səbirsizliklə ilk dərs gününü gözləyirlər. Xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və 700 bal toplayıb. Bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Elə Bakı şəhəri 109 saylı tam orta məktəbin məzunu Azər Zeynallı da həmin rekordçular siyahısına adını yazdıranlardan biridir. I ixtisas qrupu üzrə imtahan verən Azər əzmkarlıqla çalışaraq yüksək nəticə əldə etdiyini bildirib.
“May ayında keçirilən qəbul imtahanında 668 bal topladım. Lakin bu nəticə məni qane etmədi. Keçirilən növbəti imtahanda yenidən iştirak edib biliyimi sınamaq istədim. Özümə söz vermişdim ki, birinci imtahanda etdiyim səhvlərə bu dəfə yol verməyib 700 bal toplayacağam. Hazırlıq müddətində yuxu rejiminə xüsusi önəm verirdim. Səhərin sübh çağında oyanıb ayıq başla dərslərimi oxuyurdum. Asudə vaxtlarımı isə dincəlməklə keçirər, bütün əyləncələrdən uzaq qalardım. Sadəcə, qarşıma qoyduğum məqsəd barədə düşünürdüm”, - deyən abituriyent bu nəticə ilə də kifayətlənməyib daha böyük uğurlara can atdığını söyləyib. Onun sözlərinə görə, “700 bal toplayan abituriyent daha savadlıdır” deyimi düzgün deyil: “650-dən yuxarı bal toplayan hər bir abituriyent yüksək potensiala malikdir. Sadəcə, bu, bir növ, şans məsələsidir. Çünki diqqətsizlik ucbatından sualı düzgün oxumayıb və yaxud kodlaşdırmada da səhv etmək qaçılmazdır. Hesab edirəm ki, 700 bal toplamaqla kifayətlənməməli, daha böyük zirvələri fəth etməyə can atmalıyıq. Mənim də qarşıma qoyduğum bir neçə məqsəd var ki, bunlardan birincisi təhsil alacağım Bakı Ali Neft Məktəbini fərqlənmə diplomu ilə bitirməkdir. Daha sonra dil bilgimi artırıb, xaricdə təhsilimi davam etdirmək istəyirəm”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14

