Jurnalistlər “Samur” gömrük postunda gömrük işinin təşkili ilə tanış olublar
11.10.2018 [08:27]
“Gömrük islahatları və modernləşdirmə” təlimi çərçivəsində baş tutan səfərə 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb
Xəbər verildiyi kimi, sentyabrın 25-dən 29-na kimi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Qusar rayonunda “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim keçirilib. Dövlət Gömrük Komitəsinin təşkil etdiyi təlimə “Yeni Azərbaycan” qəzeti də daxil olmaqla, 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb. Xatırladaq ki, tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev və “Trend” informasiya agentliyi baş direktorunun müavini Arzu Nağıyev iştirak ediblər.
5 gün davam edən təlim zamanı Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən gömrük orqanlarında aparılan islahatlar, onların mahiyyəti, gömrük nəzarəti, ticarətin asanlaşdırılması, informasiya texnologiyalarının tətbiqi, fiskal siyasət, gömrük hüquqpozmaları və digər mövzularda məlumatlar çatdırılıb.
Mətbuat işçiləri “gömrükçü” kimi fəaliyyət göstərdilər
Təlim çərçivəsində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postuna səfərimiz təşkil olundu. Səfər zamanı bizə gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə ətraflı məlumat verildi. İdxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə informasiya verildikdən sonra gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak etdik. Beləliklə, bir saatlıq da olsa, gömrükçülərlə çiyin-çiyinə işləmək və gündəlik prosedurları yaxından izləmək şansımız oldu. Əməkdaşımız tərəfindən ümumvətəndaş pasportunun seriya nömrəsi gömrük əməkdaşı ilə birlikdə sistemə daxil edildi. Ölkəyə daxil olan şəxs barəsində bütün məlumatlar monitorda əks olundu. Belə ki, şəxsin ölkə sərhədini 30 gün müddətində neçə dəfə keçdiyi, həmçinin 30 kq mal həcmini keçib-keçmədiyi bir neçə saniyə ərzində gömrük əməkdaşlarına, eləcə də bizə məlum oldu. Daha sonra fiziki şəxsin özü ilə birlikdə gətirdiyi əl yükünün çəkisi ölçülüb, “Smiths detektion Heimann X-ray” yükyoxlama cihazı ilə gömrük baxışı keçirildi. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarına əməl edən vətəndaşların “Samur” gömrük postundan buraxılması maneəsiz şəkildə həyata keçirildi. Bir sözlə, əyani tanışlıq zamanı gömrük postunda bütün proseslərin informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirildiyinin şahidi olduq.
Qaçaqmalçılıq faktlarının aşkar edilməsində xidməti axtarış itləri mühüm rol oynayır
Daha sonra “Samur” Gömrük Postunun baş inspektoru Nicat Muxtarlı ilə həmsöhbət olduq. Postdan idxala gələn nəqliyyat vasitələrinin sayının mövsümə görə dəyişdiyini deyən baş inspektor bəzən qanundan kənar mallar keçirməyə cəhdin olduğunu da diqqətə çatdırdı: “Gün ərzində idxala gələn nəqliyyat vasitələrinin sayı 150-160, ixraca gedən nəqliyyat vasitələri isə 300-400 sayda olur. İxraca gedən yük avtomobillərinin sayı isə hazırda 120-130 ədəddir. İdxala gələn avtomobillərdə bəzən insanlar qanundan kənar mallar keçirməyə cəhd edirlər. Bu hal gündəlik olmasa da, həftədə bir-iki dəfə baş verir”.
Səfərimizin sonuna doğru isə ölkəyə daxil olan iri tonnajlı və digər maşınların yoxlanışı prosesini izlədik. Gömrük işçisi işin gedişatını bizə əyani göstərmək üçün maşına maddə gizlətdi. Con adlı kinoloji xidmət itinin məharəti sayəsində gizlədilmiş narkotik vasitə - heroin dərhal aşkar edildi. Sonda vurğulamaq yerinə düşər ki, KİV təmsilçiləri üçün təşkil edilən 5 günlük təlim maraqlı anlarla və zəngin məlumatlarla yadda qaldı.
Müşfiqə BAYRAMLI
Bakı-Qusar-Bakı
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

