Bakıda “Milli müstəqilliyimiz - mənəvi gücümüz” mövzusunda konfrans keçirilib
18.10.2018 [08:20]
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakıda “Milli müstəqilliyimiz - mənəvi gücümüz” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Elman Nəsirov, Aydın Mirzəzadə, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Konfransda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, müstəqilliyimiz bizim mənəvi gücümüzdür. O qeyd edib ki, hər bir insanın həyatında müəyyən dəyərlər var və bu dəyərlər mühüm əhəmiyyət kəsb edir. Bunlardan biri də hürriyyətdir. Fərdin hürriyyət arzusu, cəmiyyət və dövlətdə istiqlaliyyətə, müstəqilliyə çevrilir. Tarixən Azərbaycan ərazilərində bir çox dövlətlər qurulub, müxtəlif işğalçılar torpaqlarımızı zəbt edib, lakin xalqımızın dəfələrlə müstəqilliyini qazanması Azərbaycan xalqının istiqlal əzmini göstərir. 1991-ci ildə xalqımızın iradəsi, əzmi nəticəsində müstəqilliyimiz yenidən əldə edildi. Lakin həmin dövrdə müstəqilliyimiz üzərində qara buludlar əsirdi, müstəqilliyimiz üçün ciddi təhdidlər yaranmışdı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması müstəqilliyimizi bu bəlalardan xilas etdi və müstəqilliyimiz möhkəmləndi. Bu gün beynəlxalq aləmdə mürəkkəb bir vəziyyət var, lakin Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş və qətiyyətli siyasət nəticəsində Azərbaycanın müstəqilliyi qorunur və daha da inkişaf etdirilir. Müstəqilliyimiz bir çox dəyərləri birləşdirir və möhkəmləndirir.
Sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə SƏS TV tərəfindən çəkilmiş Azərbaycanın müstəqilliyi və inkişafı haqqında film nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyinin 27-ci ildönümünü qeyd edir. 1991-ci il çox gərgin il idi, torpaqlarımız işğal edilirdi, itkilər verirdik. Bir yandan da hakimiyyət uğrunda mübarizə baş qaldırmışdı, ölkə parçalanma ərəfəsində idi, hakimiyyətsizlik, özbaşınalıq hökm sürürdü. Belə bir vəziyyətdə Azərbaycanın müstəqilliyi məsələsi təhlükə altında idi. O zamankı hakimiyyət Azərbaycanın müstəqilliyinin elan olunmasını ləngidirdi, başqa sovet ölkələri müstəqilliklərini elan etsə də, Azərbaycanın müstəqilliyinin elan edilməsi ləngiyirdi. Nəhayət uzun prosesdən sonra müstəqillik elan edildi.
E.Nəsirov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin addımları müstəqilliyimizi şərtləndirdi. Heydər Əliyev ilk dəfə Azərbaycanın üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə gətirdi, Naxçıvanın adından “Sovet Sosialist Respublikası” sözlərini götürdü və məsələ qaldırdı ki, rəsmi Bakı da bu addımı atsın. Azərbaycanın həqiqi müstəqilliyi Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı, bununla da Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. Artıq 1996-cı ildə Azərbaycanın iqtisadiyyatı tam bərpa olunmuşdu və inkişaf edirdi. Bu gün Prezident İlham Əliyev həmin siyasəti çox uğurla davam etdirir, Azərbaycan dünyada böyük nüfuza malik bir ölkəyə çevrilib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollardır, bütün parametrlər üzrə ölkəmiz çox güclənib, böyük nailiyyətlər əldə olunub və bütün bunlar dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, müstəqillik Azərbaycan xalqının genindədir. Azərbaycan xalqı mənəvi gücü sayəsində müstəqilliyə nail oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində xidmətləri əvəzsizdir. Onun Azərbaycanda hakimiyyətə qayıtması ölkəmizi müstəqilliyimizin ilk illərində yaranmış bütün bəlalardan xilas etdi. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda vəziyyət olduqca acınacaqlı idi, müstəqilliyimiz böyük təhlükə altında idi. Azərbaycan parçalanmaq təhlükəsi ilə qarşılaşmışdı, ölkədə özbaşınalıq hökm sürürdü, Bakıda küçəyə çıxmaq mümkün deyildi. O zaman Azərbaycan xalqına bir lider lazım idi. Bu səbəbdən 1992-ci il oktyabrın 16-da 91 Azərbaycan ziyalısı “Səs” qəzeti vasitəsilə müstəqilliyi qorumaq üçün Ulu öndər Heydər Əliyevə müraciət etdi. Xalq özünə bir lider istəyirdi. Heydər Əliyev xalqın qəlbində idi. Hamı bilirdi ki, Azərbaycanı Heydər Əliyevdən başqa heç kim xilas edə bilməyəcək. Ümummilli lider Heydər Əliyev “Səs” qəzeti vasitəsilə Azərbaycanın xilas olması konsepsiyasını təqdim etdi və orada hökumətin atmalı olduğu addımları, çıxış yollarını göstərdi. Mən bunu Azərbaycanın “xilas konsepsiyası” adlandırıram. O zaman xalq təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyirdi. Məhz Ulu öndərin qayıdışı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, ölkəmiz bütün bəlalardan xilas oldu. O zaman Azərbaycanı lider-xalq sevgisi xilas etdi, bu gün də ölkəmizin möhkəmlənməsinə, inkişafına xidmət edir.
B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev Ümummilli lider tərəfindən qoyulan yolu uğurla davam etdirir. Dövlətimizin başçısının 15 illik fəaliyyəti göstərdi ki, O, Ulu öndərin ən layiqli davamçısıdır. Bu gün Azərbaycanda xalq Prezidentini sevir və Onun siyasətini dəstəkləyir.
Konfrans mövzu ətrafında müzakirələrlə işini davam etdirib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

