Ərəb ölkələrinin aparıcı media nümayəndələri Cocuq Mərcanlıya səfər ediblər
25.10.2018 [08:38]
Azərbaycanda səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti oktyabrın 24-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər. Onlara ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna dönüb. Kənddə növbəti mərhələdə daha 100 fərdi yaşayış evi, uşaq bağçası, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası, digər zəruri infrastruktur obyektləri tikilib və Cocuq Mərcanlıdan olan digər məcburi köçkünlərin buraya köçürülməsinə başlanılıb. Sakinlərin məşğulluğu və kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılıb.
Qonaqlar sonra Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib, namaz qılıblar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini abidələr yandırılıb, məhv edilib. Şuşa məscidinin bənzərinin Cocuq Mərcanlıda inşa edilməsi rəmzi məna daşıyır.
Ərəb ölkələrinin media təmsilçilərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, işğaldan azad edilmiş Cocuq Mərcanlıya qayıdan kənd sakinlərinin məişət və qayğıları ilə bağlı sualları cavablandırılıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, Assosiasiya davamlı olaraq İslam ölkələrinin jurnalistlərini Azərbaycana dəvət edir. Azərbaycan haqqında məlumatlandırılan jurnalistlər geri qayıtdıqdan sonra yerli KİV-lərdə ölkəmiz haqqında yazılarla çıxış edirlər. Budəfəki səfərdə Səudiyyə Ərəbistanı, Misir, Tunis, Bəhreyn, Oman və Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media nümayəndələri təmsil olunurlar.
İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının xəbərlər proqramının rəhbəri Hazem Elsayed Abdo səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: “Mən fəxr edirəm ki, Azərbaycanın işğaldan azad edilmiş bir kəndindəyəm. Azərbaycan xalqının əzmkarlığı, öz torpağını sevməsi bizi məmnun etdi. Arzum budur ki, növbəti səfərlərimizi işğaldan azad olunan digər torpaqlara edək”.
Birləşmiş Ərəb Əmirlikləri İnformasiya Agentliyinin redaktor müavini Saoud Ali Saed isə fikirlərini belə ifadə edib: “Azərbaycana ilk dəfə gəlirəm. Burada gördüklərimə heyran oldum. İnsanların qonaqpərvərliyi, tolerantlığı mənə xoş təsir bağışladı. Azərbaycanın böyük turizm imkanları var. Dünyada bunlar haqqında geniş məlumatlar yayılmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

