Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlanıb

“Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlanıb

30.11.2018 [10:16]

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub. Bu, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan sayca 6-cı Hackathon müsabiqəsi olub. Mütəxəssislər tərəfindən aparılan texniki dəyərləndirmənin ardından 28 noyabr tarixində baş tutan təqdimat və mükafatlandırma mərasimində iştirakçı komandalar yaratdıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Beləliklə, müsabiqədə “AXON” komandası (Ziya Bayramov, Tural Gülməmmədov, Rüfət Məmmədli) Mirza Aİ çat bot sistemini yaradaraq I yerə layiq görülüb. Qalib komanda “Azercell”in Barama Mərkəzindən 2000 AZN dəyərində hədiyyə kuponu əldə edib. Müsabiqənin “KLMZ” adlı komandası (Seyid-Kənan Bağırov, Rüfət Abdullazadə, Məhəmməd Rüstəmzadə) müştəri istəklərini və bank təkliflərini birləşdirən platforması ilə II yerə çıxıb və komanda 900 AZN mükafat alıb, “404” adlı komandası (Gunay Həsənova, Vüqar Suleymanov, Rəşid Şirəlizadə) isə tez və asan yolla depozit yaradan tətbiqetmə layihəsi ilə III yerin sahibi elan edilib və 500 AZN dəyərində hədiyyə ilə mükafatlandırılıb.
Budəfəki müsabiqədə gənc proqramçıların qarşısına məqsəd kimi informasiya texnologiyalarının köməyi ilə müştəri məmnuniyyətinin artırılması, xidmətin operativliyi yönündə yeni məhsullar və innovativ həllərin yaradılması qoyulmuşdu. 10 komandada təmsil olunan 45 iddialı proqramçı 36 saat ərzində fasiləsiz olaraq müsabiqədə iştirak edib. Qeyd edək ki, bu müddətdə bütün iştirakçılar PAŞA Sığorta tərəfindən tibbi sığorta ilə təmin olunub. Layihəyə media dəstəyi Technote Media Platform və Barama Media tərəfindən göstərilib.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31