/ / Astanada Türk Şurasına üzv ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Astanada Türk Şurasına üzv ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
06.12.2018 [09:50]
Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin gənclər və idman nazirlərinin üçüncü görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Türk Şurasının baş katibi Bağdat Amreyev, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qazaxıstanın ictimai inkişaf naziri Darxan Kaletayev, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Qırğızıstanın gənclər və idman işləri agentliyinin direktoru Kanat Amankulov, Qazaxıstanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasda Türk Şurası Gənclər Platformasının fəaliyyətini tənzimləyən sənədlərin layihələri, türk gənc liderlərinin forumu, İstanbulda növbəti Köçəri İdman Oyunlarının keçirilməsi, beynəlxalq gənclər düşərgələrinin, türk universiadalarının, Türk Şurasına üzv ölkələrin gənclər və idman nazirlərinin növbəti iclasının təşkili və s. məsələlər müzakirə olunub.
İsmayıl İsmayılov tədbirdə çıxış edərək Türk Şurasının 2009-cu ildə Naxçıvanda keçirilən toplantısında Gənc Liderlər Forumunun təşkilinin qərara alındığını və ilk foruma məhz Naxçıvanın ev sahibliyi etdiyini bildirib. O, forumun türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsi və inkişafı üçün mühüm fürsət olduğunu vurğulayıb.
Nazir müavini bildirib ki, Forumun məqsədi türkdilli dövlətlər arasında gənclər siyasəti sahəsində əməkdaşlığı genişləndirməkdir. Türk Şurasının ilk gənclər festivalı Gəncədə, bu il isə Bişkekdə keçirilib. Azərbaycanın türkdilli ölkələr və xalqlar arasında əməkdaşlığın inkişafına mühüm töhfələrindən danışan İ.İsmayılov Türk Şurası çərçivəsində bir çox qərarların məhz ölkəmizdə keçirilən toplantılarda qəbul olunduğunu deyib.
Tədbirdə Türk Şurası Gənclər Platformasının siyahısının təsdiq edilməsi, bu tədbirin aprel-may aylarında Türküstan şəhərində keçirilməsi qərara alınıb. Qeyd edilib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu ilin bu ölkədə “Gənclər İli” elan olunması haqqında sərəncam imzalayıb. Qazaxıstan gələn il beynəlxalq gənclər düşərgələrinə, 2020-ci ildə isə türk universiadasına ev sahibliyi edəcək. Universiadanın iki ildən bir ardıcıllıqla üzv ölkələrdə keçirilməsi nəzərdə tutulur.
Toplantıda Türk Şurasının üçüncü gənclər festivalının Türkiyədə keçirilməsi qərara alınıb. Həmçinin 2019-cu ildə Türk Şurası Gənclər Platforması Baş Assambleyasının iclasının Azərbaycanda, quruma üzv ölkələrin gənclər və idman nazirlərinin dördüncü toplantısının isə Qırğızıstanda keçirilməsi qərarlaşdırılıb.
Görüşdə nəzərdə tutulan layihələrə Özbəkistanın və Türkmənistanın da cəlb edilməsi barədə razılıq əldə olunub.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının son illərdəki fəaliyyətinə dair film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

