/ / Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Prezidentin Fərmanının icrasına həsr olunmuş müşavirə keçirilib
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Prezidentin Fərmanının icrasına həsr olunmuş müşavirə keçirilib
15.03.2019 [16:37]
Martın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan müşavirə” keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev iştirak ediblər.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının atdığı növbəti mütərəqqi addım olaraq, bəzi çoxmənzilli binaların istismara verilməsinin sürətləndirilməsinə imkan yaradacaq. Nazir artıq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətini tənzimləyən işçi qrupun yaradıldığını və Fərmandan irəli gələn məsələlərin operativ icrasına başlanıldığını qeyd edib. Bildirib ki, illərlə qaz, işıq, su, poçt xidməti kimi problemlərlə üzləşmiş vətəndaşlar Prezidentin Fərmanının icrası nəticəsində bu çətinliklərdən xilas olacaqlar. Bu baxımdan da bugünkü müşavirə adıçəkilən Fərmanın icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının qarşılıqlı səmərəli fəaliyyətinin daha da gücləndirilməsinə və keyfiyyətinin artırılmasına xidmət edəcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mühüm əhəmiyyət kəsb edən Fərmanın icrası zamanı on minlərlə sakinin probleminin öz həllini tapacağını deyib. Bildirib ki, işçi qrup artıq yoxlanılmış binaların istismara verilməsini daha da sürətləndirmək istiqamətində işlər aparır.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev Fərmandan irəli gələn məsələlərin əhəmiyyətindən danışaraq, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının əlaqəli işinin vacibliyini vurğulayıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Fərmanın əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynadığını diqqətə çatdıraraq bildirib ki, rəhbərlik etdiyi qurum işçi qrup çərçivəsində çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi üçün lazımi işlərin görülməsində yaxından iştirak edir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində mühüm işlər görüldüyünü və Fərmanın icrası istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin də aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
“Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev adıçəkilən Fərmana uyğun olaraq, bəzi çoxmənzilli binaların elektrik enerjisi, su və qaz ilə lazımi səviyyədə təminatı üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildiriblər.
Sonra mövzu ilə bağlı həlli vacib olan məsələlərin geniş müzakirəsi aparılıb, Fərmanın icrasının vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

