/ / Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla görüş keçirilib
Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla görüş keçirilib
29.03.2019 [09:43]
Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 28-də görüş keçirilib. Bu barədə AZƏRTAC-a Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov, sektor müdiri Tağı Tağıyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev, vergilər nazirinin müşaviri Elçin Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natiq Həsənov, Nizami rayon prokuroru Pərviz İbayev və rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məlum hadisə ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin aidiyyəti qurumlara tapşırıqlarını zərərçəkən sahibkarlara çatdırmaq üçün sözü Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümova verib.
Hüseyn Mövsümov “Diqlas” ticarət mərkəzində yanğın başlanan andan hadisənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ciddi nəzarəti altında olduğunu bildirib. Şöbə müdirinin müavini dövlətimizin başçısının tapşırıqlarını diqqətə çatdıraraq qeyd edib ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumların və zərərçəkən sahibkarların nümayəndələrindən ibarət komissiya təşkil ediləcək. Ədalətli araşdırma aparılaraq zərərçəkən hər bir sahibkara dövlət tərəfindən yardım göstəriləcək.
Görüşdə iştirak edən sahibkarlar Prezident İlham Əliyevi hər zaman dəstəklədiklərini və dövlətimizin başçısının onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, zərərçəkən sahibkarlar martın 27-də də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən qəbul edilib və onların fikirləri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

