/ / Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü qeyd olunub
Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü qeyd olunub
02.10.2019 [09:33]
Azərbaycan Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramını geniş qeyd edir. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 101-ci ildönümünə təsadüf edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə mərasim keçirilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Baş prokuror bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün bütün reallıqları nəzərə alınaraq uzaqgörənliklə həyata keçirilən strateji inkişaf konsepsiyası, müdrik dövlət siyasəti və səmərəli idarəetmə üsulu respublikamızın dayanıqlı sosial iqtisadi inkişafına, əhalinin yaşayış şəraitinin və sosial rifahının ilbəil yüksəldilməsinə şərait yaradıb. Ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan Baş prokuror bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsi nəticəsində reallaşan “Əsrin müqaviləsi”nin dayandığını qeyd edib. Bu müqavilənin mühüm əhəmiyyət kəsb etməsinin nəzərə alınaraq beynəlxalq tərəfdaşların qarşılıqlı razılığı ilə 2049-cu ilədək uzadıldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan ciddi addımlar nəticəsində Dünya Bankının “Doing Business” proqramında 10 ən islahatçı ölkə kimi tanınan Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb.
Vətəndaşların sosial problemlərinin daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayan Baş prokuror bildirib ki, son bir neçə ayda ölkəmizdə sosial problemlərin səmərəli həllində böyük irəliləyişə nail olunub, əhalinin etibarlı sosial müdafiəsinin təminatı istiqamətində inqilabi nailiyyətlər əldə edilib.
Xüsusi vurğulanıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən peşəkar kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub. Ulu Öndərin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılıb, zəruri normativ hüquqi baza yaradılıb, “Prokurorluq haqqında” Qanun qəbul edilib və peşəkar kadr korpusu formalaşdırılıb.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində genişmiqyaslı işlər görülür. Son dövrlərdə Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutub.
Cari ilin ölkəmizin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qaldığını vurğulayan Baş prokuror bildirib ki, bu il aprelin 3-də Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının artırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin təşviqi, dövlət resurslarının prioritet hesab olunan dövlət xidmətləri üzrə səmərəli və qənaətlə istifadə edilməsi, dövlət sektorunda bir sıra xidmətlərin müvafiq sahə üzrə ixtisaslaşmış özəl müəssisələrin yaradılaraq onlara ötürülməsi əsas hədəflər kimi müəyyənləşdirilib. Fərmanda Baş Prokurorluğa tövsiyə edilən məsələlərlə bağlı qanun layihələrinin hazırlanması və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliyin edilməsi haqqında qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə keçirilib. Həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə təyinatlar aparılıb.
Ötən il Azərbaycan Prokurorluğunun həyatında baş vermiş ən əlamətdar hadisələrdən birinin də milli prokurorluq orqanlarının yaranmasının 100 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi olduğunu vurğulayan Zakir Qaralov yubiley ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə 43 prokurorluq əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin böyük sevinclə qarşılandığını bildirib. Dövlətimizin başçısının göstərişi ilə ötən il prokurorluğun 100 illiyi ərəfəsində Gəncə və Sumqayıt şəhərlərində, bu il isə Lənkəran, Salyan və Bakı şəhəri Səbail rayon prokurorluqlarının müasir üslubda tikilmiş yeni inzibati binalarının açılışı olub.
Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək.
Sonra xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Baş prokuror tərəfindən Fəxri fərmanlar və digər təltiflər təqdim olunub.
Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46

