Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
17.10.2019 [10:03]
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu nəcib təşəbbüsə geniş ictimaiyyət nümayəndələri, dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaq. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi komissiya yaradılıb. Komissiyanın gördüyü işlər və təşəbbüsün əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını komissiyanın sədri Firdovsi Əliyev cavablandırıb.
- Bir gündə respublikamızda 650 min ağacın əkilməsi ilə bağlı nazirlikdə yaradılmış xüsusi komissiya hansı işləri həyata keçirir?
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulduq. Bu məqsədlə tədbirlər planı hazırlanıb, artıq regionlar üzrə ağacların əkiləcəyi yerlər müəyyənləşdirilib, 650 min ağacın harada əkiləcəyi bəllidir. Müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ərazilərdə hazırlıq işləri gedir, çalalar qazılır, suvarma şəbəkələri çəkilir. Qeyd etmək istərdim ki, bir çox rayonda ağac əkiləcək ərazilərə damcılı suvarma şəbəkəsi quraşdırılır.
Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı Nəsiminin doğulduğu Şamaxı rayonunda ağac əkiləcək ərazilərdə artıq torpaq hazırlığı işlərinə başlanılıb.
Onu da bildirim ki, Mehriban xanımın irəli sürdüyü bu təşəbbüs dünya miqyasında bir xalq olaraq, bir millət olaraq bizim dövlətimizin ətraf mühitə verdiyi önəmin bariz nümunəsidir.
- Rayonlar arasında bölgü necə aparılıb, ən çox ağac hansı rayonda əkiləcək?
- Ən çox ağac Sabirabad və Saatlı rayonlarında əkiləcək, onların hər biri 50 min ağac əkmək istəyini bildirib.
- Bu ağaclar dekorativ olacaq, yoxsa meyvə ağacları? Regionlar arasında ağaclar növlərinə görə necə müəyyənləşdirilib?
- Əkiləcək ağaclar hər regionun iqlim şəraitinə uyğun seçilir, həm meyvə, həm də dekorativ ağaclar əkiləcək. Əsasən xan çinarı, Eldar şamı, dəmirağac, qızılağac, şərq çinarı, göyrüş, akasiya, palıd, ağcaqayın, badam, zeytun, nar, fıstıq, alma, qoz, şabalıd, ərik, xurma, fındıq, şaftalı, alça, gavalı və sair ağaclar əkiləcək. Bütün ağaclar nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib.
- Ümumiyyətlə bu qədər ağacın əkilməsi ölkəmizə və planetimizə nə kimi fayda verəcək?
- Bu təşəbbüs iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına və təbiətin ekoloji cəhətdən sağlamlaşması işinə çox böyük xidmət göstərəcək. Respublikamızda bir gün ərzində əkiləcək 650 min ağac sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq.
Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə öz töhfəsini vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı ilə nisbətən 35 faiz aşağı salınmasını hədəf kimi götürüb. Bu təşəbbüs ölkəmizin Paris İqlim Sazişi çərçivəsində müəyyənləşdirdiyi hədəfə çatmaq istiqamətində də çox uğurlu addım olacaq.
Bilirsiniz ki, ölkəmiz deqradasiyaya uğramış torpaqlarda meşə landşaftının bərpasını nəzərdə tutan Bonn çağırışına qoşularaq 2030-cu ilədək 270 min hektar meşə ərazisini bərpa etməyi öhdəyə götürüb. 650 min ağacın əkilməsi ilə biz Bonn çağırışına da ölkəmiz adından bir töhfə vermiş olacağıq.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

