Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
07.11.2019 [09:29]
Noyabrın 6-da Dövlət Statistika Komitəsinin və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi “Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, komitənin məsul əməkdaşları, Fondun icraçı direktoru Vüqar Səfərli, eləcə də ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitəsinin rəhbərləri iştirak ediblər.
Vüqar Səfərli tədbiri açaraq 2019-cu il oktyabrın 1-dən 10-dək keçirilmiş əhalinin siyahıyaalınması prosesini ölkəmiz üçün müstəsna əhəmiyyətli ictimai-siyasi və sosial-iqtisadi hadisə kimi dəyərləndirib. İcraçı direktor bildirib ki, prosesin yekununda ölkə əhalisinin sayı və digər zəruri məlumatların əldə edilməsi ümumən ölkəmizin sosial-iqtisadi inkişafına xidmət göstərən islahatlar prosesinin səmərəliliyinin təmin olunmasına təkan verəcək. Vüqar Səfərli siyahıyaalma prosesinin mütəşəkkil və sistemli şəkildə keçirdiyinə görə Dövlət Statistika Komitəsinin rəhbərliyini təbrik edib.
Fondun icraçı direktoru xatırladıb ki, medianın və ictimaiyyətin siyahıyaalma prosesi barədə dolğun şəkildə məlumatlandırılması məqsədilə hələ 2019-cu ilin iyulunda aparıcı KİV rəhbərlərinin Komitə rəhbərliyi ilə səmərəli görüşü təşkil edilib. Həmin tədbirin yekunu olaraq jurnalistlər üçün elan edilmiş müsabiqə əhalinin siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbirlərinə töhfə vermək, bu prosesin əhəmiyyəti haqqında ictimaiyyəti geniş məlumatlandırmaq və əhali arasında təşviqat işlərini stimullaşdırmaq məqsədi daşıyıb.
Vüqar Səfərli bildirib ki, iyulun 22-dən oktyabrın 22-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 18 KİV-dən 28 yazı daxil olub. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib, 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edərək əhalinin siyahıyaalınması prosesinin hər bir ölkənin gələcək sosial-iqtisadi və demoqrafik inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən mürəkkəb proses olduğunu vurğulayıb. Komitə sədri deyib ki, Azərbaycan Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına uyğun olaraq 2019-cu il oktyabrın 1-dən 10-dək ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçirilib.
T.Budaqov bildirib ki, siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkili, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kənd ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmini üçün 50-yə yaxın metodoloji və köməkçi sənədlər hazırlanıb. Siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiq edilib. Bildirilib ki, siyahıyaalınma ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə hazırlanmış təşviqat materiallarından plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilib. Videoçarxlar isə aprel ayından başlayaraq televiziya kanallarında və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanıb. Müxtəlif KİV-lərdə siyahıyaalmaya dair çoxsaylı məqalələr müntəzəm olaraq dərc edilib. Bu istiqamətdə mühüm addımlardan biri də fərdi jurnalist yazılarının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqənin elan edilməsi olub. Onun sözlərinə görə, proses başa çatdıqdan sonra materiallar ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək. 2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı il yarım ərzində siyahıyaalma məlumatları emal olunacaq, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq.
Bəzi vətəndaşların bu prosesdən kənarda qalması ilə bağlı iddialara aydınlıq gətirən Komitə sədri vurğulayıb ki, siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda, proses dövründə müxtəlif səbəblərdən kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb. Həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. “Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra - 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq”, - deyə T.Budaqov əlavə edib.
Sonra çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev əhalinin siyahıyaalınması prosesinin ölkəmizin gələcək sosial-iqtisadi tərəqqisi baxımından əhəmiyyətini vurğulayıb və prosesin uğurla yekunlaşdığını bildiriblər. Natiqlər, həmçinin birgə müsabiqənin keçirilməsini əhalinin bu sahədə maarifləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonra müsabiqə qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Fondun icraçı direktoru Vüqar Səfərli qalibləri təbrik edərək media ilə səmərəli və fəal əməkdaşlığa görə Dövlət Statistika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirə yekun vuran Tahir Budaqov media ilə əlaqələrin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

