Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubadlı rayonunun ictimaiyyəti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası həyata keçirib

Qubadlı rayonunun ictimaiyyəti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası həyata keçirib

07.12.2019 [10:12]

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü çərçivəsində İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən genişmiqyaslı ağacəkmə kampaniyasında Qubadlı sakinləri də iştirak ediblər. Ağacəkmə aksiyası dekabrın 6-da Abşeron rayonunun “St. Sumqayıt” ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdəki yeni parkda təşkil olunub. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yaşayış massivi ərazisində ağacəkmə kampaniyası çərçivəsində 10000 ədəd ağac əkilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub. Qeyd edilib ki, dahi şairin 600 illik yubileyi də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31