20 Yanvar - qanlı imperiyanın sonunun başlanğıcı
15.01.2020 [09:24]
30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda törətdiyi qanlı hadisələr xalqımızın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına həkk edilib. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü, birliyini ifadə etdi. Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə çalışır, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O zamanki respublikanın qanunverici, siyasi-iqtisadi icraedici hakimiyyətinin, strukturunun yüksək pilləsində duran “ziyalı”ların sovet imperiyasına birmənalı sədaqətini dəqiqləşdirəndən sonra imperiya Azərbaycanda milli azadlıq hərəkatına qarşı amansızlıq göstərdi. 20 Yanvar Azərbaycan xalqını dünyaya yenidən məğlubedilməz millət kimi təqdim etməklə qanlı imperiyanın sonunun başlanğıcını qoydu.
20 Yanvar hadisəsindən 5 il əvvələ nəzər salaq. 1985-ci ildə Mixail Qorbaçovun təşəbbüsü ilə başlayan yenidənqurma 1989-cu ildə elə bir vəziyyətə gəlib çatmışdı ki, o, SSRİ-nin dağılmasını labüdləşdirdi. Baltikyanı ölkələrdə, Gürcüstanda imperiya ordusunun törətdiyi vəhşiliklər keçmiş müttəfiq respublikaların xalqlarının azadlıq istəyinin, müstəqillik uğrunda apardıqları mübarizənin qarşısını ala bilmədi. Müqəddəratının öz əllərində olmasını istəyən Azərbaycan xalqı da, təbii ki, azadlıq, müstəqillik uğrunda mübarizədə öndə gedənlərdən idi. Xalqımızın müstəqil gələcəyindən vahiməyə düşən imperiya qüvvələri buna qətiyyən razı deyildi. Ona görə də bir tərəfdən mənfur qonşuların məkrli niyyətlərinin həyata keçməsinə rəvac verən, şovinist ambisiyalarından əl çəkmək istəməyən qüvvələr, başqa bir tərəfdən nəyin bahasına olursa-olsun, respublikada hakimiyyəti ələ keçirmək, yüksək mənsəbə çatmaq niyyətində olan ayrı-ayrı qruplar ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışırdılar. Beləliklə, durum getdikcə pisləşdi. Nəticədə bütün bu qanlı olaylar təsadüf yox, mənfur bir planın dəqiq hazırlanmış ssenarisi əsasında baş tutdu.
Yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet qoşunları imperiya hərb maşınının ən yüksək texnikası ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu.
Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş qanlı cinayət idi. Ancaq nə bu cinayət, nə bu cəza, nə də ondan sonrakı müsibətlər Azərbaycan xalqının iradəsini qıra bilmədi. Mübarizə aparan xalqımız sonda öz azadlığına, müstəqilliyinə nail oldu.
20 Yanvar hadisəsinə, təəssüf ki, siyasi qiymət çox gec verildi. 1990-cı ildən sonrakı 3 il müddətində bir neçə siyasi komanda hakimiyyətə gəlsə də, cəsarət edib qanlı faciəyə siyasi qiymət vermədilər.
Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verildi. Cinayətkarın adı, ünvanı dəqiq göstərildi. Hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli Lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı təcavüz edilmişdir. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin.
Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən siyasətin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında mühüm layihələr həyata keçirilib və davam etdirilir.
Məmməd Müsəllimov
Bakı şəhəri, Binəqədi rayonu, İcra və probasiya şöbəsinin
icra məmuru, I dərəcəli
ədliyyə qulluqçusu
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

