/ / DİA-da “Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat” mövzusunda beynəlxalq konfrans keçirilib
DİA-da “Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat” mövzusunda beynəlxalq konfrans keçirilib
03.03.2020 [09:33]
Martın 2-də Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfrans Ankara Sosial Elmlər Universiteti ilə birgə təşkil edilib.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar davamlı inklüziv inkişafın təminatçısı kimi” mövzusunda çıxış edib. Çıxışında Azərbaycanda həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışan rektor bildirib ki, bu layihələr Ulu Öndər Heydər Əliyevin düşünülmüş müdrik siyasəti sayəsində reallaşdırılıb. Rektor bildirib ki, Azərbaycan enerjinin səmərəli istifadəsinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.
Ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışan U.Ələkbərov qeyd edib ki, son dövrlərdə bütün növ sosial ödənişlər artırılıb, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Məruzəçi bildirib ki, torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasına baxmayaraq, Azərbaycan qısa müddətdə innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olub. Vurğulayıb ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Bu texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rola malikdir.
Rektor diqqətə çatdırıb ki, 2018-ci il Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında 3-cü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoyub. Akademik qeyd edib ki, bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq, onlar arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan çox sayda dövlətlərdən irəlidədir. Azərbaycanın inklüziv inkişaf indeksləri ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya və başqa ölkələrin göstəricilərini üstələyir. Bu nailiyyət Azərbaycan Respublikasında iqtisadi, sosial və humanitar siyasətin ümumi inkişaf strategiyasının vacib istiqaməti olmasından xəbər verir.
Akademik U.Ələkbərov qeyd edib ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadadır. Son illərdə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında Prezident İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır. Məruzədə idarəetmədə istifadə olunan bu yeni sinergetik, komplementar və kompensasion texnologiyalar və onların kompleks tətbiqinin nəticələri geniş təhlil edilib.
Akademik U.Ələkbərov qeyd edib ki, Türkiyənin sosial elmlər sahəsində araşdırmalar həyata keçirən ilk və yeganə dövlət ali təhsil ocağı olan Ankara Sosial Elmlər Universiteti Azərbaycanla elmi əməkdaşlığa böyük diqqət göstərir.
Sonra Ankara Sosial Elmlər Universitetinin kafedra müdiri professor Onur Ender Aslan “Regional enerji və nəqliyyat şəbəkələrinin inkişafının dövlət idarəçiliyi” mövzusunda çıxış edib.
Beynəlxalq konfrans işini panel iclaslarla davam etdirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

