/ / Koronavirusdan qorunmaq üçün təlaşa düşməməli və müəyyən olunmuş qaydalara ciddi riayət etməliyik
Koronavirusdan qorunmaq üçün təlaşa düşməməli və müəyyən olunmuş qaydalara ciddi riayət etməliyik
24.06.2020 [16:04]
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə günümüzün aktual mövzusudur. Mütəmadi olaraq gündəlik məlumatlarda, ekspert – mütəxəssis rəylərində COVID-19-un simptomları, infeksiyadan qorunma yolları, pandemiya ilə mübarizədə fərdi və ictimai məsuliyyət məsələləri zəruri informasiyalar və elmi-praktik qənaətlər əsasında diqqətə çatdırılır, vacib tövsiyələr ifadə olunur. Elə müsahibimiz olan həkim-uşaq nevroloqu Aytən Mircavadova ilə söhbətimiz də bu məsələlərlə bağlıdır.
- Aytən xanım, məlum olduğu kimi, bəşəriyyət ciddi qlobal təhdid olan yeni növ koronavirus infeksiyası ilə qarşı-qarşıyadır. Əvvəlcə mütəxəssis kimi COVID-19-un simptomları, ümumiyyətlə, bu xəstəlik barədə zəruri məlumatlarda əksini tapmış məsələlər barədə fikirlərinizi bilmək istərdik.
- Tamamilə doğrudur, dünyanın 200-dən çox ölkəsində yayılmış, ciddi səhiyyə problemlərinə, insan itkisinə səbəb olmuş yeni növ koronavirus infeksiyası ilə mübarizə qlobal məsələ kimi gündəlikdə durur, ümumbəşəri problem xarakteri daşıyır. Qeyd edim ki, həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılmış materiallarda, həm də beynəlxalq mediada işıq üzü görən ekspert-mütəxəssis rəylərində bu virusa qarşı mübarizə, onun simptomları, yayılması, individual müdafiə üsulları, hər bir şəxsin yoluxma ehtimalı, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər geniş əksini tapıb. Deyə bilərəm ki, bütün araşdırma xarakterli materiallarda və maarifləndirici informasiyalarda, ilk növbədə, infeksiyadan qorunmaq üçün ciddi profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi önə çəkilir.
Ümumiyyətlə, COVID-19 mutasiya olunmuş korona viruslar tərəfindən törədilən yoluxucu və ölümcül bir infeksion xəstəlikdir. Viruslar hava-damcı yolu ilə ağız, burun və gözdən daxil olaraq və özəlliklə tənəffüs sisteminə yerləşərək zərər verirlər. Bəzi insanlarda heç bir klinik əlamət büruzə vermədiyi halda, yüngül əĺamətlərin müşahidə edildiyi insanlar evdə müalicə almaqla sağala bilirĺər. Ancaq xüsusilə, bu hal yaşlı və xroniki xəstəliyi, həmçinin immun sistemi zəif olanlarda çox ciddi fəsadlar verə və ölümlə nəticələnə bilər. Ümumi əlamətlər olaraq subfebril və yüksək qızdırma, quru öskürək, halsızlıq, dad və qoxu hissinin itməsi, əzələ və sümük ağrıları, həmçinin nəfəs darlığı göstərilə bilər.
Bu gün dünyada ən çox müzakirə olunan məsələlərdən biri koronavirus testləri ilə bağlıdır. Yəni hansı testlərin aparılması ilə bağlı müxtəlif informasiya və materiallar yayılır, bəzi hallarda fərqli suallar ünvanlanır. Qeyd edim ki, bu sırada burun-udlaqda yaxmada PZR üsulu ilə virusun RNT-sinin aşkarlanması metodundan istifadə edilir. Bu üsul bilavəsitə virusun mövcudluğunu göstərir. Yanlış neqativlik, ən azı, 20 faiz hallarda həmişə var. PZR müayinə üçûn ən uyğun vaxt seçimi simptomlar başladıqdan 3 gün sonradır. İkincisi, qan nümunəsində COVID-19 spesifik IgA/M/G aşkarlanmasıdır. Bu üsul simptomlar başlayandan 10-40-cı gün ərəfəsində tətbiq olunur. COVID-19 total (iga+igm+igg) pozitivliyi 99 faizdir.
- Bəs yeni növ koronavirus infeksiyasından müdafiə üsulları, yəni qorunma qaydaları barədə nə deyə bilərsiniz?
Qeyd etdiyim kimi, burada zəruri profilaktik tədbirlərə əməl olunması çox mühüm əhəmiyyətə malikdir. Koronavirusdan qorunmaq üçün təlaşa düşməməli və sadə gigiyena qaydalarına riayət etməliyik. Mütəmadi olaraq əllərimizi sabunla və ya spirt tərkibli maye ilə yumalı, asqırarkən və ya öskürərkən burun və ya ağızı salfet və ya qol ilə qapatmalıyıq. Ayrıca, tanıdığımız şəxslərlə rastlaşdıqda yaxın təmasdan çəkinməliyik. İmkan daxilində əllərimizlə gözümüzə və ağzımıza toxunmamalıyıq. Bol maye qəbul etməli, bacardıqca da qarqara edilməlidir. Çünki virus 3-4 gün boğazda qalır, sonra aşağı tənəffüs yollarına düşür. Unutmayaq ki, koronavirus görəcəyimiz tədbirlərdən daha güclü deyildir.
- Bəs COVID-19-un nevroloji fəsadları barədə nə deyə bilərsiniz? Bununla bağlı beynəlxalq səviyyədə müvafiq tədqiqatlar aparılıbmı?
Bəli, müvafiq elmi tədqiqatlar yeni növ koronavirus infeksiyasının nevroloji fəsadları barədə müəyyən qənaət əldə etməyə imkan verir. Çində aparılan bir çalışmada bu infeksiyaya yoluxmuş 214 xəstənin 78-də (36,5 faiz) nevroloji əlamətlər özünü büruzə verib. 26 mart 2020-ci ildə ABŞ-da ataksiya, mielit olan xəstələr qeydə alınıb. Çində 61 yaşında bir qadında - “Guillan Barre” sindromu olan xəstədə COVID-19 əlamətləri aşkarlanıb. Qısacası və daha dəqiq deyim ki, şiddətli gücsüzlük, dad və qoxu hissiyatı itkisi, üçlü sinirin nevralgiyası, əzələ və baş ağrısı, ataksiya, “Gullian Barre” sindromu, meningit, ensefalit və koma nevroloji simptomlar və fəsadlar kimi özünü göstərir.
- Aytən xanım, son olaraq koronavirus pandemiyası ilə mübarizədə həmkarlarınızın rolu və vətəndaş məsuliyyəti haqqında nə söyləmək olar?
- İnkaredilməz həqiqətdir ki, Azərbaycan həkimləri pandemiya ilə mübarizədə yüksək peşəkarlıq və böyük vətənpərvərlik nümunəsi göstərirlər. Ölkəmizdə COVİD-19-a yoluxma faktı qeydə alınan ilk gündən etibarən Azərbaycan həkimləri bu xəstəliyə qarşı mübarizəyə qoşulublar, öz işlərini böyük əzmlə və uğurla davam etdirərək virusa yoluxmuş xəstələrin şəfa tapmalarına müstəsna töhfələrini verirlər. Təsadüfi deyil ki, bu fəaliyyət cəmiyyətdə böyük rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir – təqdir edilir.
Digər tərəfdən, pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti çox mühüm əhəmiyyətə malikdir. Müəyyən olunmuş qaydalar insanların sağlamlığının qorunması üçündür və hər bir şəxs mövcud tələblərə riayət etməklə özünü, ətrafını və bütövlükdə cəmiyyəti bu təhlükəli virusa yoluxmaqdan mühafizə etməlidir. Bu, məhz sosial immunitetin gücləndirilməsi və bəhs olunan qlobal sınaqdan ciddi itkilərə məruz qalmadan çıxmaq baxımından olduqca önəmlidir. Bir sözlə, fərd və cəmiyyət olaraq məsələyə ciddi yanaşmalı, tövsiyə və çağırışları mütləq surətdə nəzərə almalı, qaydalara qeyd-şərtsiz əməl etməliyik.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26

