/ / BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi pandemiyaya qarşı mübarizədə mühüm əhəmiyyət daşıyır
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi pandemiyaya qarşı mübarizədə mühüm əhəmiyyət daşıyır
09.07.2020 [10:03]
YAP Binəqədi rayon təşkilatı tərəfindən Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə ilə əlaqədar videokonfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti və rayon təşkilatının birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədr müavini, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, rayon təşkilatının idarə heyəti və şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları iştirak ediblər.
Videokonfransı giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünə diqqəti yönəldib. Dövlət başçısının bu təşəbbüsünün böyük tarixi, siyasi əhəmiyyətə malik hadisə olduğunu bildirən R.Göyüşov vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu daxili siyasi strategiyası ilə yanaşı, ölkəmizin təşkilatçısı olduğu bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar dövlətimizin nüfuzunun artmasına, dünya birliyində öz layiqli yerini və rolunu daha da qorumasına əsaslı zəminlər yaradır: “Bu cür hadisələr, eyni zamanda dövlət başçısının şəxsi nüfuzunun və uzaqgörən diplomatiyasının dünya dövlətləri tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. Dövlət başçısının təşəbbüsü ilə videokonfrans formatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Toplantısının, Qoşulmama Hərkatının Zirvə görüşünün keçirilməsi də dünya dövlətlərinin həmrəyliyinə verilən ən önəmli töhfələrdir”.
R.Göyüşov, eyni zamanda qeyd edib ki, dünyanı bürüyən COVID-19 pandemiyası insan həyatına ciddi təhlükələr yaratmaqla yanaşı, ölkələrin iqtisadiyyatlarına da çox ağır zərbələr vurur, dünyanı daha böyük təhlükələr və sınaqlarla üz-üzə qoyur: “Təbii ki, pandemiya ilə mübarizə dünya dövlətlərinin və xalqlarının birliyini, həmrəyliyini mühüm və təxirəsalınmaz şərt kimi ortaya qoyur. Bu baxımdan, bu pandemiya ilə mübarizədə dövlətlər həmrəyliklə, birgə mübarizə aparmalı və bir çox məsələlərdə mübadilə proqramları həyata keçirməlidir. Dövlət başçısının pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü və bu təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi deyilən amala mühüm töhfə olacaq, mübarizə tədbirlərinin daha da səmərəli və operativ qurulmasına şərait yardacaq”.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, koronavirus pandemiyası qlobal xarakter daşımaqla yanaşı, bütün xalqların təhlükəsizliyini təhdid edir: “Belə olan halda, pandemiyaya qarşı yalnız birgə səylər və mümkün bütün resursları birgə səfərbər etməklə uğur qazanmaq olar. Ona görə də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevirilib. Təsadüfi deyil ki, BMT-yə üzv olan 130-dan çox dövlət Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyib. Bu, hər şeydən əvvəl Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol və Prezident İlham Əliyevin lider kimi şəxsi nüfuzu ilə əlaqələndirilməlidir”.
Milli Məclisin deputatı xüsusi olaraq vurğulayıb ki, koronavirus pandemiyası real təhdidə çevrilməyə başlayanda ona qarşı mübarizədə birgə fəaliyyət üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilib. Bundan sonra yenə Azərbaycan Prezidentinin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında Zirvə görüşü təşkil edilib. Azərbaycan şəxsi nümunə göstərərək bu günə qədər dünyanın 30-dan çox ölkəsinə yardımlar edib. Eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsi və ÜST-ün tövsiyələri ölkəmizdə koronavirusa qarşı tədbirlər görmək yönündə təsirli vasitəyə çevrilib”.
Deputat deyib ki, Prezident İlham Əliyevin yeni təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir: “Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər dövlətlər var. Bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Bu yüksək münasibət COVID-19 qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə bilər”.
Hikmət Babaoğlunun sözlərinə görə, bu gün bütün dünyanın, o cümlədən ölkəmizin və vətəndaşlarımızın tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin tapılmasına ehtiyacı var: “Çünki itirilən hər gün əslində insanların itirilməsi deməkdir. Bu insanlar isə sadə statistika deyil, kiminsə yaxını, dostu, doğmasıdır. Ona görə də ölkəmizin bu təşəbbüsü dünya dövlətləri ilə bərabər cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir”.
Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini Vüsar İsmayılov deyib ki, dövlət başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifinin BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən müsbət qarşılanması ölkə rəhbərinin dünya dövlətləri arasındakı böyük nüfuzundan xəbər verir. Onun sözlərinə görə, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq. V.İsmayılov çıxışında vətəndaş məsuliyyətinin önəmini də vurğulayaraq, bunun üçün ciddi maarifləndirmə tədbirlərinə hər zaman ehtiyac duyulduğunu bildirib.
Videokonfransda çıxış edən Milli Məclisin üzvü Kamaləddin Qafarov isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi təşəbbüsü beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına təkan verəcək: “Bu məsələnin BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına kömək edəcək. Sessiya həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səylərini birləşdirməsinə, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq, bəşəriyyətin bu bəladan qurtarılması işinə öz təsirini göstərəcək”.
Videokonfransda, həmçinin YAP Binəqədi rayon təşkilatının idarə heyəti və şura üzvləri də çıxış edərək dövlət başçısı İlham Əliyevin təşəbbüsünün əhəmiyyətindən bəhs ediblər.
Konfransın sonunda, həmçinin YAP Binəqədi rayon təşkilatının şura və idarə heyəti üzvlərinin, ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə cari məsələlər də ətraflı müzakirə olunub, bir sıra təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

