Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq

Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq

12.08.2020 [08:54]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 4 müavinətin təyinatının elektronlaşdırılması təmin olunacaq. Ümumən sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq və bu proses gələn il başa çatdırılacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ildən başlayaraq 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat sistemləri yaradılıb.
Nəticədə həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir. Bu ilin 6 ayında 53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31