Uşaq Səfirlər Məclisi “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn görüş keçirib
22.08.2020 [00:22]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) dəstəyi ilə yaradılan və artıq fəaliyyətini genişləndirməkdə olan Uşaq Səfirlər Məclisi avqustun 20-də onlayn formatda növbəti tədbirini təşkil edib.
AQUPDK-dan AZƏRTAC-a bildirilib ki, Məclisin üzvlərinin, eləcə də 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərində şəhid olmuş hərbçi və mülki soydaşlarımızın azyaşlı övladlarının iştirakı ilə gerçəkləşdirilən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuş tədbir maraqlı məqamları ilə diqqəti çəkib. Dövlət Komitəsinin yaxından dəstəyi ilə baş tutan tədbir Məclisin həmsədri Aydan Hacıyevanın moderatorluğu ilə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) dəstəyi ilə hazırlanmış “Biz terrora yox deyirik, sülh və ədalət istəyirik” adlı videoçarx nümayiş olunub.
Tədbir iştirakçıları döyüş əməliyyatlarında valideynlərini və doğmalarını itirmiş uşaqların acı xatirələrindən danışaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri ilə bağlı ittiham dolu çıxışları ilə beynəlxalq ictimaiyyətə yönələn tələblər səsləndiriblər. Onlar ölkəmizin, təmas xəttinə yaxın və Ermənistanla sərhəd bölgələrində yaşayan mülki vətəndaşların, hərbçilərin və onların övladlarının beynəlxalq miqyasda tanınmış hüquqlarının pozulmasına öz etirazlarını bildirməklə yanaşı, bu işğalçı müharibənin onların və ailələrinin həyatlarını alt-üst etdiyini, arzularını və xəyallarını puç etdiyini vurgulayıblar. Dünyada heç bir uşağın valideynindən ayrı düşməsini arzulamayan uşaqlar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəklərini bildiriblər. Videomaterialda beynəlxalq təşkilatlara müraciət olunaraq, uşaqların müdafiəsini beynəlxalq səviyyədə təmin edən konvensiyaları pozan dövlətə qarşı daha sərt tədbirlərin görülməsi tələbi səsləndirilib. Videomaterial daha geniş auditoriyaya çatdırılması üçün ingilis dilində altyazı ilə təqdim edilib.
Videomaterialın nümayişindən sonra çıxış edən uşaqlar onun hazırlanmasında göstərdiyi dəstəyə görə AQUPDK-ə və AZƏRTAC-a təşəkkürlərini bildirib, film ətrafında geniş müzakirələr aparıblar.
Tədbir iştirakçıları Ermənistanın təcavüzü nəticəsində mədəniyyət nümunələrimizin, tarixi abidələrimizin məhv edilməsini, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan vətəndaşlarımızın öz torpaqlarından zorla didərgin salınmasını, bununla bağlı beynəlxalq təşkilatların Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qəbul etdikləri qətnamələrin Ermənistan dövləti tərəfindən icra olunmamasını qətiyyətlə pisləyiblər. Uşaqlar çıxışlarında diqqəti 350 mindən artıq uşağın qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur edilməsinə, 200-dən artıq uşağın münaqişə nəticəsində həlak olmasına, yüzlərlə uşağın valideynlərini, sağlamlıqlarını itirməsinə, təcavüz nəticəsində bölgədə yaşayan uşaqların təhsil almaq, sağlamlıq hüquqlarının pozulmasına yönəldərək, beynəlxalq ictimaiyyəti bu haqsızlığa göz yummamağa çağırıblar.
Uşaq Səfirlər Məclisinin üzvləri, həmçinin Ermənistan dövlətinin təcavüzkar siyasətinin ifşa edilməsində, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmaşında üzərilərinə mühüm vəzifələr düşdüyünü bildirib, dövlətin bu istiqamətdə apardığı siyasətə dəstək verilməsini və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Bununla bağlı uşaqlar tərəfindən müxtəlif təkliflər irəli səsləndirilib.
Çıxış edənlərdən Fuad Əmrəliyev, Yunis Quliyev sosial şəbəkələr, internetin digər imkanlarından istifadə edərək ölkəmizin haqq səsinin dünyaya çatdırılması işinə uşaqların cəlb olunmasının vacibliyini vurğulayıblar.
Əsmər İsmayılova iştirakçıların diqqətini işğal altındakı torpaqlarda dağıdılmış mədəniyyət abidələrinin dünyada tanıdılması istiqamətində uşaqların iştirakı ilə birgə tədbirlərin keçirilməsinə yönəldib.
Rifah Zeynalov internet üzərindən gələn mümkün təhlükələr, Ermənistan nümayəndələri tərəfindən idarə olunan, bu günlərdə çox müzakirə edilən “PicsArt” tənzimləmə proqramı haqqında məlumat verib, hər kəsdən ən qısa müddətdə bu proqramın mobil cihazlardan çıxarılmasını xahiş edib. Bu proqram vasitəsilə telefonlardakı fotoşəkillərə və məlumatlara daxil olmaq mümkündür.
Müslüm Məmmədov Ermənistanın təxribatları, silahlı hücumları nəticəsində valideynlərini itirmiş uşaqlara həmyaşıdlarının mənəvi dəstək verməsi istiqamətində tədbirlərin daha çox keçirilməsi təklifinə xüsusi diqqət yetirilməsini bildirib.
Sonda Uşaq Səfirlər Məclisinin iştirakçıları səsləndirilən təkliflərin reallaşdırılması baxımından öz potensiallarını daha da gücləndirmək barədə yekdil qərara gəliblər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

