Səbuhi Abbasov: Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi xalqın iradəsini əks etdirir
15.10.2020 [08:50]
“Sentyabrın 27-dən başlayaraq ermənilərin cəbhə xəttində törətdikləri hərbi təxribatlara qarşı aparılan əks-həmlə əməliyyatları nəticəsində işğal altındakı bir sıra ərazilərimizin azad edilməsi Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. İstər xalq olaraq nümayiş etdirdiyimiz milli birlik, istər siyasi palitranın ortaya qoyduğu həmrəylik, istərsə də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vahid mövqedən çıxış etməsi bir daha düşmənə qarşı gücümüzün səfərbər olunduğunu deməyə əsas verir. Bu gün hər bir kəs təmsil olunduğu plaftformada ölkəmizin haqq mübarizəsinə öz dəstəyini göstərməlidir. Bütün səylər qələbənin yaxınlaşmasında böyük əhəmiyyət daşıyır”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Azərbaycan-Slavyan Gəncləri Assosasiyası” İctimai Birliyinin sədri Səbuhi Abbasov deyib. Onun sözlərinə görə, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi xalqın iradəsini əks etdirir. Erməni tərəfinin Gəncə, Mingəçevir, Ağdam, Tərtər və başqa ərazilərimizdə dinc əhalini hədəfə almasının düşmən ölkənin heç bir müharibə qanununa, beynəlxalq konvensiyalara riayət etmədiyini bir daha təsdiqlədiyini deyən S.Abbasov vurğulayıb ki, beynəlxalq ictimaiyyət öz ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycana qarşı deyil, işğalçı, günahsız insanları qətlə yetirən, müharibə zonasından kənarda yaşayan dinc əhaliyə qarşı soyqırımı həyata keçirən Ermənistana qarşı təzyiqlər göstərməlidir.
“Gəncə şəhərinə edilən raket hücumu mənfur ölkənin öz işğalçı siyasətindən əl çəkmədiyinin göstəricisidir. Oraya səfər edən diplomatik korpusların nümayəndələri hər şeyi öz gözləri ilə gördülər. Bu, bir daha işğalçını öz adı ilə çağırmaq zərurətini şərtləndirir. Bütün dünya anlamalıdır ki, bu gün Azərbaycan xalqı vahid bir mövqedədir. Torpaqlarımız işğaldan azad edilməli, 30 ildir ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız öz torpaqlarına geri dönməlidirlər. Azərbaycan Prezidenti xarici KİV-lərə müsahibələrində də xüsusi olaraq vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz. İnanırıq ki, ordumuzun, Ali Baş Komandanımızın, bütövlükdə cəmiyyətimizin bu istiqamətdə göstərdiyi səylər yaxın zamanda öz bəhrəsini verəcək və işğal altındakı Azərbaycan torpaqları öz azadlığına qovuşacaq”, - deyə S.Abbasov əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

