/ / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
29.01.2021 [09:37]
Yanvarın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib. Onlayn iclasda ölkəmizin tarixinə 2020-ci ilin böyük Zəfər, Qələbə ili kimi yazıldığını qeyd edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən erməni qəsbkarlarından azad edildi, müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə də bildirdiyi kimi, bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi gücü sayəsində regionda aparıcı rola malikdir.
Mübariz Qurbanlı qeyd edib ki, Dövlət Komitəsi 2020-ci ildə fəaliyyətini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-din siyasətinə uyğun istiqamətdə qurub və il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulmuş məqsədlərə nail olmaq istiqamətində çalışıb. Komitə ötən il resurs və imkanlarını səfərbər etməklə pandemiya dövründə dini maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatına alınması, dini radikalizm və ekstremizmlə mübarizədə dinşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı işlər görüb. Həmin işlərin nəticəsidir ki, pandemiya dövründə və 44 günlük Vətən müharibəsində istər müsəlman, istərsə də qeyri-müsəlman vətəndaşlarımız, ölkəmizdəki bütün dini konfessiyalar vahid mövqe nümayiş etdirərək həmrəylik nümunəsi göstəriblər.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin işğaldan azad olunan torpaqlarımızda məscidləri ziyarət etməsi, eləcə də tarixi-dini abidələrimizin bərpa edilməsi istiqamətində verdiyi tapşırıqlara diqqət yetirən Komitə sədri bütün bunların dövlətin dinə qayğısının bariz nümunəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, Vətən müharibəsi dövründə Dövlət Komitəsi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Eyni zamanda, Vətən müharibəsində Komitənin 6 əməkdaşı iştirak edib. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan torpaqlarımızın azad olunması üçün müzəffər Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək məqsədilə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb. Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun kollektivləri də bu aksiyada fəal iştirak edib. Həmçinin Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə məqsədilə könüllü olaraq bu günə qədər Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu vəsait köçürüb.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev 2020-ci ildə agentliyin fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edərək bildirib ki, hesabat ilində Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə Muxtar Respublikanın şəhər və rayonlarında dini ayinlərin icraçıları və yerli dindarlarla görüşlər keçirilib, yas mərasimlərinin düzgün formada idarə olunması haqda müvafiq tapşırıqlar verilib, ilin əvvəlində din xadimlərinin attestasiyası keçirilib. Habelə dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının Naxçıvan ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi prosesi il ərzində prioritet olub.
Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə hesabat məruzəsi ilə çıxış edərək 2020-ci ildə görülən işlər və ölkədəki mövcud dini durum barədə ətraflı məlumat verib. O bildirib ki, hesabat dövrü ərzində Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, 2-si xristian olmaqla 14 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 955-ə çatıb. Eyni zamanda, 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib. C.Əlifzadə qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejiminə görə Tədbirlər Planında bəzi dəyişikliklər edilərək il ərzində keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlər təxirə salınıb, bəziləri videokonfranslar formatında keçirilib.
2020-ci ilin ərzində Dövlət Komitəsi tərəfindən ayrıca və digər qurumlarla birgə ümumilikdə 180-ə yaxın tədbir həyata keçirilib. Tədbirlərin təşkilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr, eləcə də hüquq mühafizə orqanları, təhsil müəssisələri, gənclər təşkilatları, dini qurumlar və digər QHT-lər ilə yaxından əməkdaşlıq edilib. Qeyd olunan qurumlarla yanaşı, Dövlət Komitəsi ötən illərin təcrübəsinin davamı olaraq, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, QMİ, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı davam etdirib. Vətən müharibəsi və ondan sonrakı dövrdə isə vətənpərvərliyi və vətəndaşlıq borcunu təbliğ edən “Vətən borcu”, “Din xadimləri və dindarların vətənpərvərlik istiqamətində apardığı işlər və şəhid dəfnlərinin təşkili”, “Şəhidlik”, “Qazilik”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qan donorluğuna İslam dinində baxış”, “Zəfər bizimdir”, “Cəbhədəki qələbələrimiz və bayrağımız”, “Qələbəmiz mübarək” kimi mövzularda onlayn tədbirlər keçirilib.
Hesabat dövründə dini durumun öyrənilməsi sahəsində tədbirlərin davam etdirildiyini qeyd edən şöbə müdiri mütəmadi olaraq monitorinqlərin keçirildiyini vurğulayıb. O qeyd edib ki, il ərzində müsəlman dini icmaları Ramazan və Məhərrəmlik ayları mərasimləri, Qurban bayramı, xristian dini icmalar Pasxa və Milad, yəhudilər Purim, Pesax və Roş-Ha-Şana bayramları qeyd ediblər. Bunlardan Purim bayramı istisna olmaqla, digərləri karantin rejimi dövrünə təsadüf edib. 2020-ci ildə karantin rejimi dövründə dini ayinlərin icrası ilə yanaşı yas mərasimlərinin Pandemiya ilə bağlı müəyyən olunmuş qaydalar çərçivəsində keçirilməsi xüsusi nəzarətdə saxlanılıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov hesabat dövründə görülən işlər barədə məlumat verərək qeyd edib ki, İnstitut 2020-ci il üzrə fəaliyyətini müvafiq iş planına əsasən yerinə yetirib. Qlobal pandemiya ilə əlaqədar respublikamızda həyata keçirilən tədbirlər çərçivəsində ölkə üzrə tədris və təlim-tərbiyə prosesinin mart ayından etibarən dayandırıldığına görə tədris prosesinin məsafədən aparıldığını deyən A.Şirinov bu məqsədlə İnstitutun “Microsoft Teams” platformasına qoşulduğunu diqqətə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 2020-ci il ərzində fəaliyyətinə dair hesabatla Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. O bildirib ki, 2020-ci ildə 984 nəfər din xadiminə Fond tərəfindən aylıq maddi dəstək göstərilib. Həmçinin Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib. Fondun Nizamnaməsinə uyğun olaraq il ərzində şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr və tələbələrə, imkansız xəstələrə yardımlar etdiyini deyən M.İsmayılov bu yardımların bir hissəsinin dini icmalar vasitəsilə, bir hissəsinin isə birbaşa verildiyini deyib. Bundan başqa, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən 14 sənədli film və sosial videoçarx hazırlanıb, eyni zamanda Fondun dəstəyi ilə həyata keçirilən “Qarabağ üçün oxu 3” layihəsi çərçivəsində hazırlanan klip, bundan başqa, “Vətən borcu”, Azərbaycan Bibliya Cəmiyyətinin sifarişi ilə çəkilən “Mənəvi borc” filmi, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının təşkilatçılığı ilə rus və ingilis dillərində hazırlanan “Dağlıq Qarabağda məhv edilən Azərbaycan dini abidələri” adlı videoçarx ictimaiyyətə təqdim edilib.
Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlərlə bağlı məlumat verən Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev bildirib ki, sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın Ermənistan tərəfinin hərbi hücumuna qarşı apardığı əks-hücum hərbi əməliyyatları ilə yanaşı, düşmənə qarşı informasiya müharibəsi də aparılıb. Ermənistan tərəfinin münaqişəni beynəlxalq miqyasda dini müstəviyə çəkmək cəhdlərinə cavab olaraq, ölkədə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini konfessiya rəhbərləri ilə sıx əməkdaşlıq şəraitində birgə bəyanatlar qəbul edilib. Verilən bəyanatlarda erməni vandalizmi pislənilib, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilib. Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərlərinin müharibədən zərər görmüş yerlərə səfər etməsi ilə yanaşı Bakı Avropa Yəhudiləri dini icmasının baş ravvini Şneor Seqalın rəhbərliyi ilə İsrail-Azərbaycan Palatasının üzvləri də 17 oktyabr 2020-ci il tarixdə Gəncəyə səfər edərək erməni hərbçiləri tərəfindən atılan raket zərbəsi nəticəsində evləri dağılan vətəndaşlarımıza dəstək nümayiş etdiriblər.
Eyni zamanda, müharibə vəziyyəti ilə bağlı Azərbaycan həqiqətlərinin ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmalarının rəhbərləri tərəfindən xarici ölkələrin müxtəlif rəsmi şəxslərinə və qurumlarına, dini sahə ilə məşğul olan xarici və beynəlxalq təşkilatlara, dini mərkəzlərə xarici dillərdə müraciətlərin ünvanlanmasında konsultativ iş aparılıb. Xüsusilə ABŞ Konqresinin üzvü Ceki Speyer tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim olunmuş reallıqdan uzaq və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə etirazla bağlı ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət qurumlarına müraciət ünvanlanıb.
Müharibə dövründə Azərbaycanın haqq səsinin videokonfrans formatında keçirilən beynəlxalq tədbirlərdə də müdafiə edildiyini vurğulayan Əli Həziyev bildirib ki, Türkiyənin Diyanət işləri başqanı Ali Erbaşın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dini liderlərinin və dünyanın 60 ölkəsindən rəsmi şəxslərin iştirak etdiyi videokonfransa qatılan Dövlət Komitəsi sədri çıxışının böyük hissəsini Ermənistanın Azərbaycan xalqına və onun mədəni irsinə qarşı həyata keçirdiyi terror siyasətinə həsr edib. Eyni zamanda, ABŞ Dövlət Departamentinin dəstəyi, Polşa Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə 16-17 noyabr 2020-ci il tarixdə keçirilmiş Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransında Dövlət Komitəsinin sədri bir daha işğal zamanı ermənilər tərəfindən törədilmiş vandalizm aktlarından danışıb.
Hesabat ili ərzində Qafqaz Albaniyasının işğaldan azad olunmuş ərazilərdəki irsinin təbliği ilə bağlı materiallar, erməni vəhşiliyi və vandalizmini əks etdirən videoçarxlar, məscidlərimizin dağıdılması ilə əlaqədar məlumatlar xarici dillərdə yayılıb.
Şöbə müdiri bildirib ki, düşmənə qarşı aparılan informasiya müharibəsində, eləcə də sonrakı dövr ərzində sosial şəbəkə hesablarından mütəmadi olaraq Azərbaycan həqiqətləri, xüsusilə ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri üzərində formalaşmış dövlət-din siyasəti ilə bağlı məlumatlar ermənilərin xüsusi aktivlik nümayiş etdirdiyi səhifələrdə onların saxtakarlıqları faktlarla ifşa edilərək yayımlanıb.
Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov 2021-ci ilin fəaliyyət planı barədə məruzə edib, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib, kollegiyanın gündəliyində olan məsələlər və İş Planı ilə bağlı qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

