Mirzə Məmmədov: Möhtəşəm qələbəmizə görə fəxr duyuram
05.02.2021 [09:27]
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu tərəfindən aparılan Vətən müharibəsində iştirakıma və möhtəşəm qələbəmizə görə fəxr duyuram. 44 günlük müharibədə bütün Azərbaycan xalqı ayağa qalxaraq ordumuza dəstək göstərdi. Xalqımızın Azərbaycan əsgərinə verdiyi dəstək bizdə böyük ruh yüksəkliyi yaratdı”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətən müharibəsi qazisi Mirzə Məmmədov deyib.
Qeyd edək ki, 1995-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olan Mirzə Tarix oğlu Məmmədov müharibə başlayandan Şuşa şəhərinin azad olunmasına qədər rəşadətli döyüş yolu keçib. Gənc qazimiz əvvəlcə N saylı hərbi hissənin həmlə taborunun baş atıcısı kimi hərbi əməliyyatlara qoşulub: “Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlər zamanı qəlpə yarası alsam da, səhra hospitalında 1 gün qaldıqdan sonra yenidən döyüşlərə qatıldım. Sonra xidmətimi könüllü olaraq xüsusi təyinatlılara dəstək qüvvələrində davam etdirdim. Hadrutdan Şuşaya qədər gərgin döyüşlərdə iştirak etdim. Şuşanın alınması əməliyyatları zamanı bu dəfə başımdan snayper yarası alsam da, daha 3 gün vuruşdum. Bundan sonra məni məcburən hospitala apardılar...”.
Göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, habelə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunan Mirzə bildirib ki, torpaqlarımızın azad edilməsində iştirak etdiyinə görə böyük qürur hissi keçirir: “Qeyd edim ki, döyüşlər zamanı yüksək döyüş əzmi bizi qələbəyə doğru apardı. Generaldan tutmuş sıravi əsgərə qədər hər bir Azərbaycan oğlunun fədakarlığı bu tarixi zəfəri bizə nəsib etdi”.
M.Məmmədovun sözlərinə görə, döyüşə gedən gənclərimizdə Vətənə məhəbbət hissi həddindən artıq yüksək olub: “Eyni zamanda, düşmənə nifrət və qalib gəlmək arzusu bizi döyüş meydanında fədakarlığa sövq etdi. Çünki lap uşaq vaxtlarından ailədə validyenlərimiz, məktəbdə müəllimlərimiz daim bizə vətənpərvərlik hissi aşılayıblar. Biz heç vaxt Xocalıda törədilən soyqırımı, işğal olunmuş digər torpaqlarımızda törədilən cinayətləri unutmamışıq”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

