Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nərimanov rayonunda Vətən müharibəsinin iştirakçısı, qazi Elçin Sultanov ziyarət olunub

Nərimanov rayonunda Vətən müharibəsinin iştirakçısı, qazi Elçin Sultanov ziyarət olunub

11.02.2021 [09:34]

19 saylı Nərimanov seçki dairəsindən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, həmçinin rayon təşkilatının bir qrup üzvü Nərimanov rayonunun sakini, Vətən müharibəsinin iştirakçısı, qazi gizir Elçin Rahib oğlu Sultanovu ziyarət ediblər.
Görüş zamanı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmasının tarixi hadisə olduğunu bildirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, tarix yazdı. Millət vəkilinin sözlərinə görə, “Dəmir yumruq” əməliyyatı nəticəsində əzəli torpaqlarımızın düşməndən azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Hikmət Babaoğlu söyləyib ki, Vətən müharibəsində əsgər və zabitlərimiz əsl qəhrəmanlıq nümunəsi göstəriblər.
Deputat bildirib ki, müharibə dövründə dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın igid övladlarının ön cəbhədə, bütün Azərbaycan xalqının isə arxa cəbhədə səfərbər olması qürurvericidir. Müharibə gənclərimizin yüksək vətənpərvərlik ruhunu aydın şəkildə nümayiş etdirdi. Hikmət Babaoğlu qəhrəman əsgərlərimizin döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də xalqımızın qəhrəman oğulları ilə qürur duyduğunu bildirib, onların torpaqlarımızı işğaldan azad etməklə tarix yazdıqlarını söyləyib. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.
Vətən müharibəsinin iştirakçısı, qazi Elçin Sultanov keçdiyi döyüş yolu barədə danışıb. O, hələ 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olduğunu, Vətən müharibəsinə də könüllü olaraq getdiyini bildirib. O, müharibənin başlandığı ilk günlərdən döyüşlərdə olduğunu deyib. Elçin Sultanov Füzuli şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. Söhbət zamanı o, dayısı Elçinin I Qarabağ müharibəsi zamanı şəhid olduğunu xatırladıb: “Mən dayımın adını daşıyıram və qürur duyuram ki, onun qisasını aldım”.
Görüş zamanı qazi və onun ailəsinin qayğıları dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağı diqqətə çatdırılıb. Həmçinin ailəyə maddi yardım göstərilib. Qazinin valideynləri göstərilən diqqətə görə öz razılıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31