Reallıqlar yaradan ölkənin böyük sərvəti
10.03.2021 [08:58]
Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış Vətən müharibəsi regionda yeni reallıqlar yaratmaqla yanaşı, fərqli xalqlar və mədəniyyətlər arasında sağlam münasibətlərin, birgəyaşayış normalarının formalaşmasında ölkəmizin zəngin təcrübəsinin üstünlüklərini bir daha nümayiş etdirdi. Azərbaycan nadir etnik və dini rəngarəngliyə malik olan ölkədir. Lakin onun unikallığı isə həyat tərzinə çevrilmiş bu müxtəlifliyin harmoniyası, multikulturalizmin Azərbaycan modelinin ənənə xarakteri alması və dövlətin demokratik qanunları ilə daha da möhkəmləndirilməsidir. Ölkədə müxtəlif dinlərin və xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin iqtisadi-siyasi və mədəni inkişafında, onun ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayırlar. Burada sağlam birgəyaşayış mühiti ən qiymətli miras kimi nəsildən-nəsilə ötürülməkdədir.
Bu ilin mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu unikallığı dövlətimizin misilsiz sərvəti adlandıraraq, onun inkişaf etdirilməsi, multikulturalizmin və tolerantlığın əhəmiyyətinin qorunması istiqamətində əldə edilən nailiyyətlərə də toxunmuşdur. Dövlət başçısı qeyd elmişdir ki, Azərbaycan Respublikasının bu misilsiz nailiyyətləri, xalqlar və burada fəaliyyət göstərən konfessiyalar arasında əsrlərboyu davam etmiş sarsılmaz dostluq və qardaşlıq münasibətləri, onların vahid və bölünməz vətən naminə həmrəyliyi monoetnik və monokonfessional dövlətə, əhalisi isə natamamlıq kompleksindən əziyyət çəkən etnik topluma çevrilmiş irqçi Ermənistanda həmişə qıcıq hissi oyatmışdır. Onun Azərbaycandakı xalqların və dinlərin əsrlərboyu formalaşmış əməkdaşlığına qarşı yönəldilən istənilən pozuculuq fəaliyyəti, təxribat cəhdləri əslinə qalsa, tamamilə əks-effekt yaratmış, bərabərlik və həmrəylik münasibətlərini daha da möhkəmləndirmişdir. Dövlət başçısı bildirmişdir ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpmək, süni qarşıdurmalar yaratmaq olmuşdur. “Onlar bu niyyətlərini gizlətmirdilər və belə hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər. Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər”. Qeyd etmişdir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi düşmən dövlət üçün bir nömrəli hədəf olmuşdur. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda ölümə gedirdilər. Bu, Azərbaycanın böyük sərvətidir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycanı, necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir.
2020-ci ilin sentyabrında Azərbaycanın əks-hücum əməliyyatları nəticəsində ciddi tələfat verərək geri çəkilən Ermənistan və ona hərbi-siyasi havadarlıq göstərən bəzi dövlətlər beynəlxalq ictimaiyyəti münaqişənin əsl səbəblərindən yayındırmaq üçün növbəti siyasi-ideoloji təxribata əl ataraq münaqişənin guya etnik və dini xarakter daşıması, Azərbaycan Respublikasının döyüş əməliyyatlarına müxtəlif xalqların nümayəndələrinin guya zorla cəlb edilməsi barədə çirkin məlumat yaymağa başlamışdır. Azərbaycanın 44 gün ərzində apardığı Vətən müharibəsinə və onun tarixi qələbəsinə məhz etnomədəni münasibətlər kontekstindən yanaşılanda qürurverici mənzərənin şahidi oluruq. İlk növbədə, vurğulamaq lazımdır ki, islamofob Ermənistanın və onun himayədarların münaqişəni, “dinlərarası toqquşma” kimi təqdim etmək cəhdləri əslində, düşmən dövlətin işğalçılıq siyasətini bu bəhanə altında gizlətmək cəhdindən başqa bir şey deyildir və reallıqları məqsədli şəkildə təhrif etmək, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər yaratmaq istəyindən irəli gəlir. Artıq dünya ictimaiyyəti də yaxşı bilir ki, etnik və dini baxımdan rəngarəng olan Azərbaycan Respublikası xristianlıqla deyil, öz tarixi torpaqlarını işğaldan azad olunması uğrunda mübarizə aparırdı. İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində azərbaycanlılar - ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri - müsəlmanlar, xristianlar və yəhudilər döyüşürdülər. Bu insanları isə saxta dini şüarlar deyil, müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı birləşdirirdi. Onların arasında misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalanlar, yaralananlar və Azərbaycan Respublikasının ali orden və medalları ilə təltif olunanlar vardır.
Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın milli Ordusunun sıralarında Azərbaycanda yaşayan xalqların və dini icmaların çoxsaylı nümayəndələri - əsgər və zabitləri vardır və onlar vətənimizin işğaldan azad olunmasında xüsusi fədakarlıq göstərirlər. Azərbaycan xalqı qəhrəman oğullarını, şəhid övladlarını etnik və dini mənsubiyyətinə görə ayırmır, Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Prezident İlham Əliyev Azərbaycanın tarixi zəfərində böyük rol oynamış bu xalqlar barədə demişdir: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər, öz ailəsində, öz doğma torpağında hiss edirlər. Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Burada siyasət bundan sonra da ardıcıl şəkildə aparılacaq. Bizim siyasətimiz xalq tərəfindən də qəbul edilir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir”.
Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının düşmən üzərində tam və qəti qələbəsi üç amillə sıx şəkildə bağlıdır. Birinci amil Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharətində, onun mükəmməl hərbi-siyasi strategiyasında özünü göstərir. İkinci amil Azərbaycan Ordusunun peşəkarlığına, yüksək döyüş əzminə söykəndiyi halda, sonuncu mühüm şərt sözsüz ki, Azərbaycanda bərqərar olmuş milli birlik və vətəndaş birliyi, vahid və bölünməz Vətənimiz, gələcəyimiz naminə xalqlarımız, fərqli dini icma nümayəndələri arasında sarsılmaz ittifaqdır.
Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında gedirdi. Prezident çıxışında bir məqama da diqqət ayırmışdır. Azərbaycandakı etnik və dini icmaların nümayəndələri təkcə torpaqlarımızın düşməndən azad olunmasında deyil, informasiya müharibəsində də fəal iştirak etmiş, Azərbaycan reallıqları, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan xalqlarına, onların maddi-mədəni irsinə qarşı yönəldilmiş etnik təmizləmə və vandalizm aktları barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmışlar. Heç də təsadüfi deyildir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təbliğat işində fərqlənmiş etnik və dini icmaların rəhbərlərinə təşəkkürünü bildirmiş, onları xatirə hədiyyələri ilə mükafatlandırmışdır.
Rəvan Həsənov,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23

