/ / İki dövlətin səmərəli əməkdaşlığının bariz nümunəsi: Azərbaycana Çin vaksinlərinin növbəti partiyası gətirilib
İki dövlətin səmərəli əməkdaşlığının bariz nümunəsi: Azərbaycana Çin vaksinlərinin növbəti partiyası gətirilib
02.04.2021 [08:50]
Aprelin 1-də Çindən Azərbaycana vaksinlərin növbəti partiyası gətirilib.
Çinin “Sinovac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronaVac” peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
AZƏRTAC xəbər verir ki, vaksini gətirən təyyarəni Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min, səhiyyə nazirinin müavini Viktor Qasımov və digər rəsmilər qarşılayıb.
Ramiz Həsənov jurnalistlərə açıqlamasında Çindən vaksin almağın və onun ölkəyə gətirilməsini önəmli hadisə olduğunu bildirib: “Çinlə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, COVID-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyasını qəbul edirik. Bu, çox önəmli hadisədir”.
Xarici işlər nazirinin müavininin sözlərinə görə, beynəlxalq aləmdə peyvəndlər ədalətsiz şəkildə bölüşdürülür və belə bir vəziyyətdə vaksin ölkəmizə vaxtında gətirilib: “Bu da Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsidir. Dövlət başçısı bu məsələni ilk gündən xüsusi nəzarətə götürüb. Hətta 44 günlük müharibə vaxtı da bu məsələ Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində qalmaqda olub. Prezidentin bu sahədə beynəlxalq təşəbbüsləri də olub. Həmin təşəbbüslər qətnamə və sənədin qəbul edilməsi ilə nəticələnib. Ötən ilin mayından Qoşulmama Hərəkatına Azərbaycan Prezidenti sədrlik edir. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirildi. Onun davamı olaraq isə keçən ilin dekabrında BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiya təşkil olundu. Bu da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmişdi. Bu ilin martında isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında bu məsələ müzakirəyə çıxarılmışdı. Həmçinin qətnamə də qəbul olunub. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”.
Öz növbəsində səfir Qo Min 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasını hər iki ölkənin tarixində yeni vacib bir səhifə açdığını vurğulayıb: “İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü ərəfəsində Çindən Azərbaycana gətirilən COVID-19 xəstəliyi əleyhinə peyvəndlərin ilk partiyasının qarşılanması mərasimi xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Prezident İlham Əliyevin şəxsi qayğısı və dəstəyi sayəsində Çin və Azərbaycan arasında olan dostluq və əməkdaşlıq münasibətləri sürətlə inkişaf edir, siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, eləcə də “Bir kəmər və bir yol”un birgə inşası üzrə əməkdaşlıq iki xalq üçün praktik fayda gətirərək səmərəli nəticələr verir. Xüsusilə 2020-ci ildə pandemiya baş verdikdən sonra Çin və Azərbaycan birləşib yaranan çətinliklərin öhdəsindən gəlmək üçün bir-birlərinə kömək edərək, güclü mənəvi dəstək verdilər və vaxtında maddi yardım göstərdilər, mühüm təcrübə ilə paylaşdılar, pandemiyaya qarşı mübarizədə beynəlxalq aləmdə yaxından çalışdığını ifadə edərək, iki ölkə arasındakı dərin dostluğu tam nümayiş etdirdilər. Atalar sözündə də deyildiyi kimi “Dost yaman gündə tanınar”.
Hazırda pandemiyaya qarşı qlobal mübarizədə kritik bir mərhələyə qədəm qoyulub. Peyvəndlərin çatışmazlığı və onların qeyri-bərabər paylanması bütün dünyada mövcuddur, proteksionizm və ikili standartlar peyvəndlərin paylanmasında da geniş yayılıb. Bəşəriyyətin ümumi taleyinə dair cəmiyyətqurma konsepsiyasına sadiq qalaraq Çin, COVID-19 xəstəliyinin əleyhinə olan peyvəndlərin bütün dünya üçün əlçatan olacağını və beləliklə, inkişaf etməkdə olan ölkələrdə peyvəndlərin əldəetmə imkanına malik olması ilə bağlı layiqli töhfə verəcəyini vəd edən ilk ölkə olub.
Pandemiyanı ən qısa müddətdə məğlub etmək üçün, Azərbaycana kömək etmək naminə Çin hökuməti yaxın vaxtlarda Azərbaycanı təmənnasız olaraq yeni partiya Çin peyvəndi ilə təmin edəcək və Çindən peyvəndlərin alınmasında Azərbaycan tərəfini qətiyyətlə dəstəkləyəcək.
Çin və Azərbaycan sadiq dostlar və etibarlı tərəfdaşlardır. Pandemiyaya qarşı mübarizədə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, bəşəriyyət üçün ümumi səhiyyə birliyinin qurulmasında səyləri birləşdirməyə və Çin ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə qaldırmağa hazırıq”.
Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib: “Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir və bu gün bunun bariz nümunəsini görürük. Virusla mübarizədə ən effektiv üsul peyvəndləmədir. Hazırda 550 mindən çox insan peyvənd olunub. Vaksinasiyanı sürətləndirmək üçün 5 milyon dozalıq peyvəndin mərhələli gətirilməsi prosesi davam edir. Bu gün 500 min doza gətirildi. Sürətli peyvəndləmə davam etsə, ölkədə epidemioloji vəziyyət stabilləşə bilər”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23

