Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Ölkəmizdə peyvənd olunmaq istəyənlərin sayı artıb”

“Ölkəmizdə peyvənd olunmaq istəyənlərin sayı artıb”

27.04.2021 [08:23]

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə aprılır. Hazırda əhalinin vaksinasiyası həyata keçirilir və Azərbaycan bu prosesə dünyada birincilər sırasında başlayan ölkələrdəndir.
“Vaksinasiyanın əsas məqsədi orqanizmdə güclü immunitet yaratmaq, yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısını almaqdır”. Bu fikirləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova açıqlamasında deyib.
Onun sözlərinə görə, əhalinin peyvəndlənməsi tədbirini çox qısa müddətdə və kütləvi şəkildə həyata keçirilmək lazımdır. Buna görə də vətəndaşlar koronavirusla mübarizədə də həmrəylik göstərməli, karantin tədbirlərinə əməl etməklə yanaşı, vaksinasiya prosesində çox aktiv olmalıdırlar: “İndi xəstəliyin növbəti bir dalğası yaşanır və təbii ki, peyvənd olunmaq istəyənlərin də sayı artıb. Hazırda ölkəmizdə həmin proses yaxşı gedir və onu sürətləndirməklə daha uğurlu nəticələr əldə etmək olar”.
Peyvənddən əvvəl və sonra əməl olunmalı qaydalar barədə məlumat verən Səhiyyə Nazirliyinin nümayəndəsi deyib: “Peyvənd olunmağa gedəndə anamnezində olan xəstəliklər barədə, nə vaxtsa anafilaktik şok keçirilməsi barədə mütləq həkimə məlumat vermək lazımdır. Peyvənd ediləndən sonra heç bir allergik reaksiya müşahidə olunmursa, rahatlıqla evə getmək olar. İnyeksiya yerinə toxunmaq və su vurmaq olmaz. Ona görə də peyvənddən sonra üç-beş gün ərzində sauna və hovuzdan istifadə etməmək tövsiyə olunur. Həmçinin bir müddət özünü soyuqdan qorumaq, iynə vurulan qolu yükləməmək və bədəni yormamaq məsləhət görülür”.
Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə isə COVID-19 infeksiyasına qarşı evdə müalicə prosesinə aydınlıq gətirib. Mütəxəssis bildirib ki, xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidirlər: “Xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilə bilər. Xəstəliyi yüngül və orta-ağır keçirən şəxslər gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalarla qidalanmalıdırlar. Xəstəliyi ağır keçirən şəxslərin isə daimi olaraq həkim nəzarəti, laborator müayinələr və oksigenə ehtiyacı olduğu üçün stasionar müalicə olunması zəruridir”.
“Evdə COVID-19-a yoluxmuş şəxs varsa, digər ailə üzvlərini qorumaq məqsədilə yoluxan şəxs digər otaqda yerləşdirilməlidir. Ailə üzvləri hamısı qoruyucu maska taxmalı, yoluxmuş şəxslə kontaktda olmamalı, otaqların havası tez-tez dəyişilməli, ümumi istifadədə olan mətbəx və sanitar qovşaq dezinfeksiya edici vasitələrlə gündəlik təmizlənməlidir”, - deyən V.Cavadzadə əlavə edib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31