/ / Vətəndaşların peyvənd olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı vaksinasiyadan keçmiş ola bilər
Vətəndaşların peyvənd olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı vaksinasiyadan keçmiş ola bilər
21.06.2021 [08:41]
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirləri davam edir. Mütəxəssislərin qeyd etdikləri kimi, peyvənd olunan şəxslərin sayının artması COVID-19-a yoluxanların sayının azalmasında mühüm rol oynayır. Son günlər ölkədə COVID-19-a yoluxma sayının minimuma yaxınlaşdığını söyləyən TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, yoluxma sayı və ağırlaşmalar bir qədər azalar: “Ümumiyyətlə, infeksiyaya yoluxma sayı çoxaldıqca xəstəxanalara müraciətlər də təbii olaraq çoxalır. Xəstələrin ağırlaşdığı belə vəziyyətdə ölüm hallarının artması riski yaranır. Belə qənaətə gəlmək olur ki, hazırda Azərbaycanda yoluxma sayı az olduğu üçün ölüm halları da minimuma enib. Bunun əsas səbəbi isə ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir”.
Həkim-infeksionistin məlumatına görə, koronavirus əleyhinə peyvəndləmə indiki sürətlə davam edərsə, Ümumdünya Səhiyyə Təşkilatının ilin sonuna qədər dünya əhalisinin 30 faizinin vaksinasiyadan keçirilməsinə dair etdiyi çağırışa nail ola, hətta bu faizi ötə bilərik: “Azərbaycanda peyvənd olunmaq üçün qoyulan yaş məhdudiyyəti götürülüb və 18 yaşdan yuxarı hər kəs peyvənd oluna bilər. Həmçinin Azərbaycanda 4 vaksin növündən - CoronaVAC, AztraZeneca, Sputnik V və Pfitzerdən istifadə edilir. Beləliklə, peyvənd olunmaq üçün əngəl yoxdur və vətəndaşlar ölkədə istifadə edilən vaksinlərdən istədiklərini seçib vurdura bilərlər. Bundan başqa, vaksinasiyadan keçmiş şəxslər üçün bir sıra imtiyazlar mövcuddur. Bu səbəbdən, indi bəzi şəxslər təkcə sağlamlıqlarını qorumaq naminə deyil, həm də imtiyazlardan yararlanmaq üçün peyvənd etdirirlər. Bildiyimiz kimi, COVID-19 pasportu əldə etmiş hər kəsə bir sıra ictimai yerlərə giriş sərbəstdir. Nəticədə bu imtiyazlar ölkədə vaksinasiya prosesinin sürətlənməsinə səbəb olur. Vətəndaşların peyvənd olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı vaksinasiyadan keçmiş ola bilər”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

