/ / Bu gün dünyanın nüfuzlu tədqiqat mərkəzləri novator alim Şahlar Əsgərovun elmi nailiyyətlərindən geniş şəkildə istifadə edir
Bu gün dünyanın nüfuzlu tədqiqat mərkəzləri novator alim Şahlar Əsgərovun elmi nailiyyətlərindən geniş şəkildə istifadə edir
22.05.2010 [09:33]
Şahlar Əsgərovun elmi yaradıcılığını 3 istiqamətdə qruplaşdırmaq mümkündür:
- ionlarla bərk cisimlərin bombardmanı zamanı müşahidə olan proseslərin (katod tozlanması) öyrənilməsi;
- metal-yarımkeçirici kontaktı üzrə araşdırmalar;
- sosial fəlsəfə və pedaqogika.
Qeyd edək ki, 1941-ci ildə Azərbaycanın ən füsunkar guşələrindən birində - Kəlbəcər rayonunda anadan olmuş Şahlar Əsgərov 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. 1963-cü ildə həmin fakültəni bitirdikdən sonra - 1964 -1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda elmi işi üzərində çalışıb. Aspiranturanı bitirdikdən sonra ömür yolunu universitetlə bağlayaraq əvvəlcə müəllim, sonra dosent, dekan müavini və prorektor vəzifələrində çalışıb. Elmi tədqiqatlarını BDU-da uğurla davam etdirən Şahlar Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetində “Toxunma sərhədinin qeyri-bircinslilik dərəcəsinin metal-vakuum və metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə etməklə bu sahədə təsadüfi şəxs olmadığını sübuta yetirib. 1993-cü ildən BDU-nun professoru olan Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra böyük və ciddi uğurlara imza atıb. Fiziki elektronika və bərk cisimlər elektronikasının bir çox sahələrinin inkişafına təsir göstərmişdi. Alçaq enerjili civə ionları ilə bir çox metalların katod tozlanmasını və onun tozlanma əmsalının ən kiçik qiyməti və bir çox metal-civə cütü üçün astana enerjisinin qiyməti məhz Şahlar Əsgərov tərəfindən dəqiqliklə ölçülmüşdü. Bəzi mütəxəssislər bu təcrübəni keçən əsrin ən dəqiq təcrübələrindən biri sayır. çünki bu təcrübədə 10 000 ionun çıxartdığı bir atom qeyd edilə bilmişdi. Bu səbəbdən də, bir çox metallar üçün astana enerjisinin təcrübi qiymətini təyin etmək mümkün olub.
Elmi işlərin masştabını və dinamikasını artırma üçün o, Təhsil Nazirliyinin məmurlarını 1976-1991-ci illərdə inandıraraq nəticədə “Amorf təbəqələr” Elmi-Tədqiqat Laboratoriyasının yaradılmasına nail olub.
Məlumdur ki, orijinal elmi işlərin ömrü orta hesabla 4-6 il olur. Elm sürətlə inkişaf etdiyi üçün, sonrakı illərin tədqiqatları əvvəlki elmi nəticələrə kölgə salır və orijinal işlər tez qocalır. çox nadir işlər uzunömürlü olur və klassik elmi iş statusu alır. Professorun hələ 40 il öncə əldə etdiyi nəticələri bu gün “NASA” və AİAA (Amerika Aeronavika və Astronavika İnstitutu) öz tədqiqatlarında və kosmik tədqiqatlarda geniş istifadə edirlər. Bu elmi araşdırmaları ilə Şahlar Əsgərov dünya üzrə 10 alim sırasında layiqli yerini tutduğunu bir daha sübut etmiş olur.
XX əsrdə raketlər kimyəvi yanacaqla işləyirdisə, XXI əsrdə onları ion mühərrikləri əvəz edəcək. Hal-hazırda, kosmosa aparatların çıxarılmasında bu mühərriklərin rolu getdikcə artır.
ümumiyyətlə, ion mühərrikləri 70-ci illərdən bəri diqqəti cəlb edir. Əlbəttə ki, bu dövrə qədər kosmik sənaye mövcud idi. Amma ağır ionlarla tozlanmanın öyrənilməsi bu sahədə ikinci mərhələnin başlanmasına rəvac verib. Artıq 2000-ci ildən bəri ion mühərrikləri vasitəsilə kosmosa bir çox aparatlar da çıxarılıbdı.
Qeyd edək ki, Şahlar Əsgərovun tozlanma ilə bağlı işləri 2001-ci il iyunun 3-dən Office of Scientific and Technical İnformation (OSTİ)nin Energy Citations Database (ECD) - məlumat bazasında OSTİ İD: 4707515 və 4074900 nömrələri altında ingilis dilində saxlanılır.
Bir müddət öncə internet axtarış sistemində apardığımız araşdırmaların nəticəsi olaraq bir faktla rastlaşdıq. www.biblioteca.universia.net, www.sgc.engin.umich.edu, www.ntrs.nasa.gov, www.adsabs.harvard.edu, www.springerlink.com, www.etd.caltech.edu və digər saytlarda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Ş. Əsgərovun ionlarla metalların bombardmanı zamanı metalların yeyilməsi, tozlanması ilə bağlı araşdırması geniş istifadə olunur.
Klivlend şəhərində (ABŞ) Levis Araşdırmalar Mərkəzinin mütəxəssisi Maris A.Mantenieks hazırladığı “Ağır ionlarla tozlanmanın astana enerjisi” memorandumunda Şahlar Əsgərovun tədqiqatlarına böyük yer ayırıb. Müəllif qeyd edir ki, ağır ionlarla tozlanmanın astana enerjisinin öyrənilməsi hələ 70-ci illərdə Şahlar Əsgərov və Sena tərəfindən başlanılıb: “Şahlar Əsgərovun və Senanın apardığı araşdırmaların nəticələri sonradan bu sahədə böyük nailiyyətlərin əldə olunmasına geniş yol açdı”. Məruzə müəllifi, həmçinin, bildirib ki, Əsgərov və Senanın tədqiqatları bu sahədə mühüm nailiyyətlər əldə etmiş Stuart və Wehnerin əldə etdiyi nəticələrlə demək olar ki, eynilik təşkil edir. Bununla da, ağır ionlarla tozlanmanın astana enerjisi haqqında məruzə müəllifi bir səhifədə 9 yerdə Şahlar Əsgərovun elmi araşdırmalarının nəticələrindən istifadə edir. Maris A.Mantenieks məruzəsində, həmçinin, Şahlar Əsgərovun araşdırmalarının bu günə qədər də lazımı səviyyədə diqqətdən kənarda qaldığını da yazıb.
Bu gün də Kaltexdə (Kaliforniya Texnologiyalar İnstitutunda) ion mühərriklərinin erroziyası üzrə müdafiə olunan dissertasiya işlərində Şahlar Əsgərovun araşdırmalarının nəticələrindən geniş şəkildə istifadə olunur.
Alim Danimarka Texniki Universitetindən birillik ezamiyyətdən qayıtdıqdan sonra (1975) respublikada ilk olaraq metal-yarımkeçirici kontaktını tədqiq etməyə başlayıb. Metal səthinin emissia qeyri-bircinsliyini nəzərə alaraq, real metal-yarımkeçirici kontaktı üçün qeyri-bircins model təklif edib. Bu modelə əsasən metal-yarımkeçirici kontaktı müxtəlif parametrli çoxsaylı kontaktların paralel birləşməsi kimi baxaraq metal-yarımkeçirici kontaktının bir çox müşküllərini həll edə bilib. Amorf metal-yarımkeçirici kontaktların hazırlanmasının dəqiq texnologiyasını hazırlayıb, bu əsasda hazırlanmış kontaktların fiziki parametrlərinin Günəş energetikası üçün yararlı olduğunu göstərib.
Metal-yarımkeçirici kontakta çoxsaylı kontaktların paralel birləşməsi kimi baxmaq ideyasını həmkarları yüksək qiymətləndirib. Belə ki, Moldova və Ukrayna alimlərinin birgə yazdıqları və akademik S.İ.Radaysanın xatirəsinə həsr etdikləri monoqrafiyada (kitab metal-yarımkeçirici kontaktına aiddir) bu elmin formalaşmasına və inkişafına töhfə vermiş S.M.Zi (ABŞ), E.Roderik (Böyük Britaniya), A.B.Rjanov (RF) və digər 9 alim soyadı sırasında Şahlar Əsgərovun da adı çəkilir.
Emission qeyri-bircinsliyin metal-vakuum, metal-yarımkeçirici kontaktlarına təsirini dəqiq öyrənən Ş.Əsgərov emission parametrləri arasında ilk dəfə olaraq korrelyasion asılılıq müəyyən etmişdi.
Son zamanlar Ş.Əsgərovun tədqiqatlar apardığı üçüncü sahə sosial fəlsəfə və pedaqogikadır. Alim hesab edir ki, bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə təhsilin fəlsəfəsini yaratmaq lazımdır . Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi “Biliyin qiymətləndirməsinin yeni şkalası”, “Biliyin qiymətləndirməsinin yeni kriteriyası”, “Pedaqogika üçün yeni paradiqma”, və “Biliyin qiymətləndirməsinin fəlsəfəsi” kimi məqalələri 2009-2021-ci illərdə RF mötəbər jurnallarında çap olunub. Bu işlərdə biliyin qiymətləndirilməsinin yeni modeli verilir və yeni qiymətləndirmə meyarı təklif edilir.
Tanınmış alimin fəlsəfi mövzulara da həsr olunmuş “Keçid dövrünə fəlsəfi baxış” (1998), “Milli birlik probleminə fəlsəfi baxış” (2001), “Təhsilimiz dünən, bu gün və sabah” (2003), “Düşüncə tərzi” (2008) və digər əsərləri özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.
Qeyd edək ki, professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də, onun rəhbərliyi altında 15 dən çox elmlər namizədi və doktorunun hazırlanmasıdır. Şahlar Əsgərov 200-dən çox elmi, 600-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifidir. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

