İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
24.06.2021 [09:27]
İntihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar iyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə çoxsaylı dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl islahatların aparılmasını, vətəndaşların maddi rifah halının yaxşılaşmasını, əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna təşəbbüsü nəticəsində əhalinin bütün təbəqələrinin dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Qeyd edilib ki, son dövrdə dünyada ən ciddi sosial mövzulardan biri olan intihar və intihara cəhd edilməsi hadisələrinin digər dövlətlərlə müqayisədə ölkəmizdə dəfələrlə az baş verməsinə baxmayaraq, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Belə halları doğuran səbəb və şəraitin araşdırılması məqsədilə prokurorluq tərəfindən aparılmış elmi-nəzəri və praktiki təhlillərlə intihar hadisələrinin baş verməsinə əsasən psixopatoloji və sosial faktorların səbəb olduğu müəyyənləşdirilib. Müvafiq dövlət qurumlarının yaxından iştirakı ilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.
Təhsil naziri Emin Əmrullayev konfransda çıxış edərək yeniyetməlik dövründə intihar hallarının minimuma endirilməsinin tədris prosesinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Nazir ölkəmizdə həyata keçirilən təhsil siyasətinin başlıca məqsədinin təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi olduğunu diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özünü öldürmə hadisələrinin qarşısının alınması istiqamətində müvafiq dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti ilə təxirəsalınmaz tədbirlərin görülməsinin önəmini bildirməklə ailədaxili zorakılıq hallarının azaldılması və şəxslərin keyfiyyətli reabilitasiyasının əhəmiyyətini qeyd edib. B.Muradova bu məsələdə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin mənfi təsirinin aradan qaldırılmaqla maarifləndirici tədbirlərin sayının artırılmasının vacibliyini vurğulayıb.
Milli Məclisin, Baş Prokurorluğun, Ədliyyə, Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının məsul əməkdaşları intiharların qarşısının alınması, bu kimi halları doğuran faktorlar və onların aradan qaldırılmasına dair məruzələrlə çıxış ediblər. Sonra mövzu ətrafında faydalı fikir mübadiləsi aparılıb, intihar hadisələrinin ictimailəşməsində mətbuat orqanlarının daha həssas fəaliyyətinin önəmi xüsusi qeyd olunub.
Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “İntihar və özünü öldürmə həddinə çatdırma, sosial fenomen və cinayət” adlı kitabın təqdimatı keçirilib.
Konfransın yekununda intihar hadisələrinin baş verməsinin minimuma endirilməsi istiqamətində aidiyyəti qurumların iştirakı ilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq qurumlararası İşçi Qrupun yaradılması qərara alınıb.
Xəbər lenti
Hamısına baxİdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19

