Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Vətəndaşlarımız ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiklərini seçə bilərlər”

“Vətəndaşlarımız ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiklərini seçə bilərlər”

25.06.2021 [09:33]

Son aylar Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı azalmağa doğru gedir, sağalanların sayı yoluxanların sayını nisbət etibarilə bir neçə dəfə üstələyir. Ölüm halları minimum səviyyəyə enib və bu gün ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxş səviyyədədir. Birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı isə 2 milyona yaxınlaşıb.
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər. Bununla onlar həm özlərinin, həm də başqalarının sağlamlığını qorumuş olacaqlar: “Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə istiqamətində ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Peyvənd immun sistemində müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə bədən həmin virus və ya bakteriya ilə rastlaşarsa, immun sistemi artıq onlarla necə mübarizə aparacağını biləcək”.
“Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı heç bir məhdudiyyət olmadan hər kəs peyvənd oluna bilər. Hazırda ölkəmizdə Çinin “Sinovac Biotech” (SVA.O) şirkəti tərəfindən istehsal olunan “CoronaVAC” peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən hazırlanan “AztraZeneca” (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində hazırlanan “Sputnik” V və “Pfizer” - Almaniya biotexnologiya şirkəti “BioNTech” tərəfindən Amerika “Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış mRNT əsaslı peyvəndlər istifadə olunur. Seçimə gəldikdə isə, vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiklərini seçə bilərlər”, - deyə Səhiyyə Nazirliyinin nümayəndəsi vurğulayıb.
Qeyd olunub ki, vaksinasiya xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaq üçün olduqca əhəmiyyətlidir.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31