Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Politoloq: Mina xəritələrinin əldə olunması azad edilmiş torpaqlarda insan itkisini minimuma endirəcək

Politoloq: Mina xəritələrinin əldə olunması azad edilmiş torpaqlarda insan itkisini minimuma endirəcək

07.07.2021 [11:12]

Həm müharibəyə qədər olan zaman kəsiyində, həm müharibə dövründə, həm də müharibədən sonra Prezident İlham Əliyev milli maraqlarımızı rəhbər tutaraq, qətiyyətli siyasət yürütməklə qarşıya qoyulan məqsədə doğru inamla addımlayır. İndiki mərhələdə əsas məsələ işğaldan azad olunmuş ərazilərin bərpa edilərək, məcburi köçkünlərin doğma evlərinə geri dönməsi, nəqliyyat, kommunikasiya xətlərinin bərpası, bütövlükdə regionun inkişafıdırsa, bu məqsədlərə gedən yolda ərazilərin minalanması qarşımızda maneələr yaradırdı. Bu səbəbdən də Prezident İlham Əliyevin rəhbərliyi ilə fəal diplomatik siyasət yürüdülürdü ki, bu əməli fəaliyyətin müsbət nəticəsinin yenə də şahidi olduq. Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının ərazilərində yerləşdirilən mina xəritələrini əldə etdik ki, bu da eyni anda bir neçə məsələyə xidmət edən uğurdur. Belə ki, bu, ilk növbədə, təhlükəsizlik məsələsi ilə bağlıdırsa, digər tərəfdən infrastruktur işlərinin qısa zaman kəsiyində reallaşdırılmasına, daha sonrakı mərhələdə isə insanlarımızın öz yurd-yuvalarına tezliklə geri dönmələrinə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib: “Birincisi, olduqca böyük rəqəm olan 92 min mina insan itkisini minimuma endirir. Bu, həm sadə vətəndaşlara, həm hərbçilərimizə, həm də xidməti vəzifələrini icra edən minatəmizləyənlərə aiddir. Bundan əlavə, nəzərə alsaq ki, Ağdamdan sonra Füzuli və Zəngilan ən çox minalanmış ərazilərdir, eyni zamanda, Ağdamdan sonra ən böyük yol-nəqliyyat infrastrukturu Füzulidən keçir, məhz bu sonuncu strateji əhəmiyyət kəsb edən ərazimizdir, yəni, işğaldan azad olunmuş ərazilərimizə bu rayondan keçməklə gedəcəyik, o zaman bu, həm vaxt, həm də vəsait itkisinin qarşısının alınması deməkdir. Çünki xəritə əldə olduqdan sonra təmizlik işləri konkret ərazilərdə aparılacaq. Nəzərə alınmalı bir digər məsələ isə odur ki, Zəngilanda “ağıllı kənd” layihəsi icra olunur. Mina xəritələrinin alınması bu işi də sürətləndirəcək. Prezident İlham Əliyevin əsasını qoyduğu bərpa-quruculuq işlərinin yekunlaşması ilə ürəkləri torpaq, yurd həsrəti ilə döyünən insanlarımızın doğma ocaqlarına qayıdışı da sürətlənəcək”.

Ş.Həsənova qeyd edib ki, mina xəritələrinin təhvil verilməsi ilə bölgə qısa zamanda təmizlənəcək, təhlükəsizlik təmin olunacaq, bu da xarici investorların işğaldan qurtulmuş ərazilərə sərmayə qoymasını sürətləndirəcək. Nəticə etibarilə bütövlükdə regionun inkişafı üçün pəncərə açılacaq. Azərbaycan tərəfi isə növbəti dəfə humanist addım ataraq 15 erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verdi. Bu cür mübadilə qarşılıqlı inam və etimadın yaradılmasına da xidmət edir. Ermənistan dövləti bir qayda olaraq belə humanitar jestlərdən nəticə çıxarmalıdır. Mina xəritələrinin verilməsi yol, nəqliyyat kommunikasiyaların açılması işini də sürətləndirir ki, məhz bu amilin özü Ermənistanın regiona inteqrasiyasını təmin edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanılan işlərin uğurla yekunlaşdırılmasının tarixi hər ötən gün daha da yaxınlaşır.

Paylaş:
Baxılıb: 715 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31