/ / “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində bu dəfəki tədbirlər Ağcabədi rayonunda reallaşdırılıb
“Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində bu dəfəki tədbirlər Ağcabədi rayonunda reallaşdırılıb
18.08.2021 [15:43]
Artıq 5 ildir ki, reallaşdırılan “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində növbəti görüşlər olub. Bu barədə rəssam Aygün İsgəndərova məlumat verib.
Bildirilib ki, “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində bu dəfəki tədbirlər Ağcabədi rayonunda reallaşdırılıb. Ağcəbədi “ASAN xidmət” Mərkəzində keçirilən ilk görüşdə Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bunun bölgələrimizin tanıdılması üçün çox təqdirəlayiq bir addım olduğunu deyib.
İştirakçılar daha sonra qədim tarixə malik olan Boyat kəndində yerləşən Ağcabədi rayonu Məhəmməd Füzuli adına Boyat kənd Kitabxanasında olublar. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas kitabxanaya üzərində Məhəmməd Füzulinin rəsmi olan qədim xalça və 100 ədəd kitab hədiyyə edib. Növbəti dayanacaq Qarabağ Atçılıq Kompleksi olub. Kompleksin əməkdaşları iştirakçılara füsunkar Qarabağ cins atları, həmçinin kompleksin fəaliyyəti haqqında ətraflı məlumat veriblər. İştirakçıların son dayanacağı Ağgöl Milli Parkı olub. Gözəlliyi ilə göz oxşayan Ağgöl Milli Parkından ilhamlanan rəssamlar və fotoqraflar bir-birindən gözəl rəsm əsərləri, fotolar ərsəyə gətiriblər.
Sonda iştirakçılar diplom və “Xarıbülbül” döş nişanı ilə təltif olunublar. Həmçinin əslən Ağcəbədi rayonundan olan Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Tariyel Salmanovun portreti ailəsinə xatirə olaraq hədiyyə olunub.
Beləliklə, layihə iştirakçıları Ağcabədi rayonunun tarixi, təbiəti, mədəniyyəti, milli-mənəvi dəyərləri, özünəməxsus ləziz mətbəxi ilə tanış olublar. Qeyd edək ki, qonaqlar arasında KKTC Bakı təmsilçiliyinin təhsil və mədəniyyət müşaviri, dünyaca tanınmış fotoqraf Tevfik Ulual da olub.
Məlumat üçün bildirək ki, “Vətənpərvərlik etüdləri” adlı layihənin əsas məqsədi bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda, kənd turizminin inkişafına dəstək olmaqdır. Layihə və etüd rəhbərləri Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalardır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

