3-5 qəpiklik “milyonerlər” və ya cibimizdən oğurlanan “gözəgörünməzlər”
07.01.2022 [11:01]
İlhamə Rəsulova
Məşhur bir deyim var. Azərbaycanlı varlı yəhudidən soruşur ki, sən necə milyonçu oldun? O da cavab verir: “Sizin “cəhənnəmə” deyib çölə atdığınız qəpiklərin hesabına.
Yəqin hamınızın başına gəlib, alış-veriş edərkən malın üzərinə yazılan qiymətin “əcaibliyi”. 1 manat 11 qəpik, 13 qəpik, 17 qəpik və s. Sahibkarlar elə qiymətlər qoyurlar ki, sən o xırda qəpiyi verməsən malı ala bilməzsən. Amma 17 qəpiklik məhsulu almaq üçün uzatdığın 20 qəpiyin də xırdası geri qaytarılmır. Belə-belə kimlərsə qəpik-qəpik varlanır, sənin cibindən də qəpik-qəpik kim bilir ayda neçə manatlıq oğurluq edilir. Heç gözünə də görünmür. Ay sonunda da qara-qara düşünürsən ki, əcəba mən maaşımı hara xərclədim axı?
Bu gün çörəyin qiymətinin artımı ilə bağlı cəmiyyətdə yaranmış ajiotaja cavab olaraq “Nur” çörək zavodunun direktoru açıqlama verib ki, çörəyi əhaliyə 65 qəpiyə satacağıq. Lap yaxşı. Bütün dünyada taxılın qiyməti qalxır, bu bizdən də yan keçəsi deyildi. Amma, kassalar bizə 5 qəpiyi verəcəkmi, ölkədə yetərli qədər 5 qəpiklik varmı? Bizim reallığımız budur ki, insanlar beş qəpiyi adətən almır, (hətta 1,3 qəpiklikləri saymayıb tullayanlar da var) mağazalar da əsasən qaytarmır. Belə çıxır ki, çörəyi ya 70 qəpiyə alasıyıq və ya kimsə 5 qəpiklər hesabına xeyli qabağa düşəcək.
Dəfələrlə olub ki, mağazalarda, avtobusda 1, 3, 5 qəpiklərdən ibarət hesab verəndə “götürmürük” deyib əlimi geri qaytarıblar. Dövriyyədə olan bu mis qəpiklərin maya dəyəri, əslində onların öz dəyərindən qat-qat bahadır. Sual yaranır. Bu qədər xərc çəkib, istifadə olunmayan xırda pullar istehsal etməyə dəyərmi? İqtisadçılar əminliklə deyirlər ki, nəinki dəyər, hətta vacibdir.
Dövriyyədə olan 3 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanıb. Məsələn, 2006-cı ildə dövriyyəyə buraxılmış 3 qəpiklik sikkələrin ölçüsü 18mm, çəkisi 3,45 qramdır. Şübhə yoxdur ki, qəpiklərin maya dəyəri onların özündən bahadır. 1, 3, 5 qəpiyin maya dəyəri nə qədərdir? Mərkəzi Bankdan bildirildi ki, qəpiklərin maya dəyərilə bağlı ictimaiyyətə ümumiyyətlə açıqlama verilmir. Bu suallara dünyanın heç bir bankında cavab tapılmır.
İqtisadçı alim, professor Saleh Məmmədovun “Yeni Azərbaycan”a dediyinə görə, xırda mis pullar hazırlanarkən lazım olan ümumi xərc nəzərə alınır.
“Bütün dövlətlərin bank sistemində maya dəyərindən baha başa gələn xırda pullardan istifadə olunur. Məsələn ABŞ-da 1 sent var, amma istifadə edilmir. İstifadə olunmaması inkişaf etmiş ölkələrdə nağdsız hesablaşmalardan daha çox istifadə ilə əlaqədardır. Dünya nağdsız ödəniş sisteminə keçir. Bu, ümumilikdə nağd pulların dəyərinin kəskin azalmasına gətirib çıxarır. Kiçik məzənnəli qəpiklər iri supermarketlərin rəqabət bazarı üçün vacibdir. Buna görə, marketlər xırda pulları almaqda maraqlıdırlar. Dəfələrlə şahid olmuşam ki, az yaşlı uşaqlar, bəzən elə böyüklər də, heç bir mağazanın götürmək istəmədiyi 1, 3, 5 qəpikliklərlə doldurulmuş pul qabları ilə böyük marketlərin kassalarına yaxınlaşıb, öz pullarını işlək vəziyyətə gətirirlər.
Sahibklar bazar şəraitində qəpiklərdən, yuvarlaqlaşdırılmayan rəqəmlərdən istifadə etməklə daha çox alıcı cəlb edir. Məsələn, şampunun qiymətini 2 manat 98 qəpik qoymaqla daha çox diqqət çəkir. Yaxud hər hansı məhsulu 1 manat deyil, 99 qəpiyə satışa çıxarmaqla psixoloji olaraq, alıcıda onun ucuz satılmasına dair rəy yaradırlar. Burdakı 1 qəpik fərqi alıcıya çox təsir etməsə də, topdan satış edən satıcıya xeyli gəlir gətirir. 1, 3 və 5 qəpiklər olmayan zaman daha çox bahalaşma ola bilər. Təsəvvür edək ki, 1, 3 və 5 qəpiklər yoxdur. Deməli, o zaman artım 1 qəpikdən deyil, 10 qəpikdən başlamalıdır? Bu səbəblə qəpiklərin qalması və istifadəsinə ehtiyac var.
Biz burda münasibətləri alıcı-satıcı kontekstində deyil, ümumilikdə ticarətin aparılması kontekstində görməliyik. Alış-veriş varsa, bu iqtisadi hərəkətlilik deməkdir. Qəpiklərin xərci ilə bahalı əskinasların dəyəri arasında kəskin fərq bahalı əskinaslarda olan fərq vasitəsilə kompensasiya edilir. Bu, dünya praktikasında belədir. Azərbaycan Mərkəzi Bankı da qəpiklərin hazırlanmasını sifariş verərkən bütün bunları nəzərə alır. 1 və 3 qəpikliklərin xərci dəyərindən çoxdur. Amma ümumi sifarişdə Mərkəzi Bankın xərci pulların dəyərindən çox olmur. Təkrar edirəm, kiçik qəpiklərin istehsal xərci ilə bağlı yaranan ziyan böyük əskinaslarda əldə edilən mənfəət hesabına aradan qaldırılır”.
Bəs mağazalarda, marketlərdə geri qayıtmayan qəpiklər kimin olur? Bu suala marketlərdən doğru-dürüst cavab tapa bilməzsiniz. Bəzilər qəpikləri qaytardıqlarını, bəziləri bu qəpiklərə görə, vergi verərkən problem yaşadıqlarını söyləyirlər. Bəziləri də toplanan xırda pulların, sadəcə baş ofisə göndərildiyini, qəpiklərin sonrakı “səyahətindən” məlumatsız olduqlarını deyirlər.
Nəyin hansı dəyərdə olduğunu və ya dəyərlənəcəyini bilmək olmaz. Bu gün Sovet dönəmindən qalmış bəzi qəpiklər kolleksiyaçılar tərəfindən baha qiymətə alınır. Məsələn,1927-ci ilin istehsalı olan 5 qəpiklər 100-120 dollara, 1929-cu ildə istehsal olunanlar 500 dollara, 1958-ci ilin nadir nüsxələrindən olan 5 qəpikliklər 1200 dollara satılır.
Mövcuq qaydalara görə, isə əgər hər hansı bir sahibkarlıq subyekti, 1, 3 və 5 qəpikləri almaqdan imtina edərsə, o zaman vətəndaş Mərkəzi Banka müraciət etməlidir. Eyni hal 2 dəfə təkrarlanarsa, o zaman Mərkəzi Bank tərəfindən həmin obyektin bağlanması ilə bağlı məsələ qaldırıla bilər. Ölkənin milli pul vahidlərinə hörmət hər bir vətəndaşın borcudur. Dövlət 1, 3 və 5 qəpiklərin dövriyyədə olması üçün kifayət qədər pul xərcləyir.
Qəpiklərin dəyərindən danışarkən, 1980-ci illərdə Bolqarıstanın Qabrova şəhərində baş vermiş maraqlı bir hadisəni xatırladım. Qabrovolular öz şən zarafatları və simiclikləri ilə şöhrət tapıblar. O zamanlar, şəhərdə işləyən ictimai nəqliyyatda gedişhaqqı 15 qəpik olub. Lakin balaca şəhərdə insanlar avtobusların xidmətindən istifadə etmək istəməyib. Buna görə, şəhər rəhbərliyi qərar çıxarıb ki, gedişhaqqını 5 qəpik etsin, bəlkə camaat avtobuslardan istifadə edə. Qərarı eşidən qabrovalılar dərhal etiraz aksiyası keçiriblər ki, bayaqdan avtobusa minmirdik, 15 qəpiyə qənaət edirdik. İndi yenə minmirik, 5 qəpiyə qənaət etmiş oluruq. Lətifə kimi görünsə də, bu hadisə olmuşdu.
Hə başa düşürəm, bu Qabrova məsələsindən sonra düşünürsünüz ki, biz də bu üsulla qənaət edək? Orasını bilmirəm, bir onu bilirəm ki, siz olun, hər qəpiyinizin qədrini bilin. Çünki dama-dama göl olurmuş.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

