Bəxtini Sudan istə
22.02.2022 [10:53]
Bu gün Novruzun ilk çərşənbəsini - Su çərşənbəsini qeyd edirik
İlhamə HƏKİMOĞLU
Yurdumuza ilk çərşənbə qədəm qoyur bu axşam. Bahar büründüyü örpəyini nazlı-nazlı açmağa başlayır bu gündən.
Fevralın 22-də Kiçik çillə başa çatıb, yerini Boz aya verəcək. El dilində “çillənin üzü bozardı” deyə bir ifadə var. Boz ay kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə - martın 21-nə qədər olan dövrü əhatə edir.
Xalqın “Ağlar-gülər ay”, “Yazın qırxlı çağı” dediyi bu dövr qışdan soyuq günləri, yazdan, payızdan yağışlı günləri, yay fəslindən isə isti günləri pay “alıb”. Bu aya “Boz ay”, “Buz ay”, “Çıxmaz ay”, “Cəmrələr ay”, “Bayramlar ayı”, “Ala çillə” də deyirlər. Novruz çərşənbələrinə “Doğru çərşənbə”lər də deyilərdi.
Dörd “Doğru çərşənbə”dən öncə Kiçik çillədə bir yalançı çərşənbəmiz var. Boz ayın ilk həftəsi “Çilləbeçə” adlanır. Digər üç həftə “Alaçalpo” adı ilə tanınır. İndi unudulsa da, qədimlərdə çərşənbələrə “doğru buğ”, “doğru üskü”, “cəmrələr” də deyirdilər. Türkiyədə “cəmrə” ifadəsi indi də qalır.
Dövlət tərəfindən Novruz çərşənbələrinin “Su”, “Od”, “Yel” və “Torpaq” kimi sıralanması qəbul edilib. Bəzi alimlər, folklorşünaslar bununla razı deyillər. Ayrı-ayrı dövrlərdə bu sıralanma fərqli şəkildə olub. Bölgələrin bəzilərində ilk çərşənbə “Su”, bəzilərində “Od” adlanır. Məsələn, Naxçıvanda çərşənbələr su, torpaq, yel və od olaraq sıralanıb. Bu da bölgələrin iqlim şəraiti ilə əlaqədar olub. Dağlıq yerlərdə Günəşin istiliyi gec, Aran rayonlarında tez hiss olunar. Bakıda Boz ayda küləyi daha çox hiss edirik.
Novruz milli-mənəvi köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, mifik dünyagörüşümüzü əks etdirən bayramdır. Yaradılış dastanlarına əsasən isə ilk olaraq “Su” çərşənbəsini qeyd edirik. Xalq arasında ona “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Selçərşənbə”, “Zəmzəm çərşənbə”, “Çillibeçə çərşənbə” də deyirlər.
Folklor yaddaşımıza əsasən, yaradan əvvəlcə suyu götürüb, onu torpaqla qarışdırıb insanı hazırlayıb, sonra ona ruh (nəfəs-hava) verib, ən sonda isə onu istiliklə təmin edib. Dünyanın yaranmasından bəhs edən ilk və ən qədim türk dastanı olan “Yaradılış” dastanında da bu ardıcıllıq var. Dastanda deyilir: Başlanğıcda hər yer sularla örtülü idi. Tanrı Ülgən quşa dönərək suların üstü ilə uçurdu. Qonmağa bir yer tapmır və bu zaman göydən gələn səs ona Suyun içindən çıxan torpağa qonmasını söyləyər. Ülgən bu daşa qonandan sonra yerin və göyün yaradılmasını düşünür. Bunu necə edəcəyini bilmir. Bu vaxt suların içindən dişi ruh (Ruh-Nəfəs-Yel) Ağ Ana Ülgənə yaradılışı necə həyata keçirməyi izah edər. O da özünə bənzəyən bir Ərlik-ODU yaradır. Qədim Şumer əfsanələrinə görə, öncə tanrılar mövcud idi, bütün dünya isə dərin sularla örtülmüşdü. Tanrıça Namu dərin sulardan palçıq götürüb ona özlərinə oxşar şəkildə forma verir, sonra nəfəs püləyir. Demək, ardıcıllıqla sudan sonra torpaq gəlir. Sonra nəfəs (yəni yel) püləyir. Sonra isə od-istilik verir.
Çərşənbələr öz müqəddəslik mahiyyətində təbiətin canlanması ardıcıllığını hifz edir.
Su çərşənbəsində su üstə gedərlər, ancaq su gətirməzlər. Su üstə gedib oradan su götürmək adətinə ilin axır çərşənbəsinin səhəri əməl edərlər. Xalq arasında olan inama görə, həmin gün sudan nə istəsən həyata keçər. Bununla əlaqəli bir deyim də mövcuddur:
Su üstə, Novruz üstə,
Bəxtini sudan istə.
El-obada su çərşənbəsi ərəfəsində su arxlarını təmizləyər, bulaqların, çeşmələrin gözü açılar, novdanlar, hovuzlar təmizlənər, bərpa işləri aparılardı. Azərbaycan mifologiyasında suyun bərpaedici, həyatverici, şəfalı qüvvəsinə inanılıb. Su sağlamlıq, paklıq, talegöstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik rəmzi kimi qəbul olunub.
Əslində ömrü torpağa bağlı olan qədim insanların, ata-babalarımızın ilin fəsilləri ilə bağlı dəqiq astronomik hesablamaları necə aparması heyrətamizdir. Həyatın 4 ünsür üzərində qurulmasına dair inanclar bütün xalqların, o cümlədən qədim türklərin əfsanələrində yaşayır. Suya gəlincə. Bir çox xalqlarda suyla müxtəlif şər qüvvələrin təsirindən qurtarmaq və sudan güc-qüvvət almaq inancı qədimdən mövcud olub, indi də yaşayır. Məsələn türklərdə, slavyanlarda, çinlilərdə, vikinqlərdə, yaponlarda, eləcə də hindlilərdə suya müxtəlif dualar oxuyub onu içər, “üfürülmüş” suyla yuyunardılar. Beləcə suyun onları şər qüvvələrdən qoruyacağına inanardılar.
Suyun böyük yaddaşa malik olması və ətrafında olan xeyir-şər fərq etməz, hər şeyi əks etdirməsi sübut olunub. Yaponiyalı alimlərin su üzərində apardıqları təcrübələr heyrət doğurur. Suya gözəl sözlər söyləyincə, onun molekulları çox ahəngdar, səliqəli şəkildə düzülüb, müəyyən formalar alır. Xoşagəlməz kəlmələri “eşidincə” suyun molekulları xaotik forma alır, qarışıq şəkildə hərəkət edirlər. Gözəl sözlər suya güc qatır. İnsan orqanizminin də böyük bir hissəsi sudan ibarətdir. Deməli gözəl sözlərlə, inamla, ümidlə insan da güclənir, şəfa tapır dirçəlir. İçdiyiniz sulara gözəl sözlər pıçıldayın. Siz ona, o da sizə gözəllik versin. Və bu yalnız Novruz bayramına xas olmasın. Bütün ömrünüzü Novruz havasında, gözəl inancların, düşüncələrin qoynunda keçirin. Çağlayan sularınız kəsilməsin, su kimi sərin, su kimi dərin, su kimi əziz olun.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

