Şanxay dalğası bizə təsir edəcəkmi?
13.04.2022 [09:55]
MÜŞFİQƏ
Martın əvvəlindən etibarən Çində COVID-19 pandemiyasının hazırkı dalğasından ən çox əziyyət çəkən Şanxay şəhəridir. Əhali sayına görə ölkənin ən iri şəhərində virusa yoluxmalar davamlı olaraq çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə sutkalıq yoluxma sayı 25 mini ötüb. Yoluxmaların əksər hissəsi (23 min 624) Şanxayda aşkarlanıb.
Şanxayda həyat iflic vəziyyətdədir
Mübaliğəsiz, virus şəhərdə həyatı iflic vəziyyətə salıb. Belə ki, şəhərdə qida məhsulları və dərman qıtlığı yaranıb. Hazırda dünyanın ən böyük limanı olan Şanxay limanında yanacaq da daxil olmaqla milyardlarla dollar dəyərində yük qalıb. Sutka ərzində on minlərlə yeni yoluxma halları aşkar edilir. Şəhər küçələrində hərbçilər patrul çəkir. İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb, müəssisələr bağlanıb. Sakinlər evlərini tərk etmək üçün COVİD-testi verməlidirlər. Yerli həkimlərə ölkənin bütün bölgələrindən ezam olunmuş 10 min tibb işçisi köməklik edir. Bununla belə, karantin rejimi yoluxmaların sayına ciddi təsir göstərə bilmir.
Uzun müddətdir ki, xəstəxanalarda çarpayı yoxdur. Burada simptomsuz və yüngül simptomlu pasiyentlərin yerləşdirilməsi üçün 160 min çarpayı tutumu olan 100-dən çox müvəqqəti xəstəxana istifadəyə verilib. Şəhərdə epidemik vəziyyətlə əlaqədar açıqlama verən Şanxay merinin müavini Con Min bildirib ki, simptomsuz və yüngül simptomlu xəstələr xüsusi quraşdırılmış mobil xəstəxanalardan başqa, mehmanxana, sərgi mərkəzləri, idman arenalarına da yerləşdirilir.
Ekspertlərin fikrincə, Şanxayda tətbiq edilən qapanma iki həftə ərzində Çin iqtisadiyyatına təxminən 30 milyard dollara başa gələcək.
Azərbaycanda da təhlükə gözlənilirmi?
Sevindirici haldır ki, hazırda Azərbaycanda yoluxma sürətlə azalıb. Son sutkada ölkəmizdə COVID-19 infeksiyasına 16 nəfər yoluxub. Hətta gündəlik yoluxma sayının azlığı qapalı məkanlarda tibbi maskalardan istifadənin ləğvini zəruri edib. Mütəxəssislərin fikrincə, qapalı məkanlara girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə tibbi maskadan istifadə və digər məhdudiyyətlər ləğv edilə bilər. Görəsən, Şanxaydakı acınacaqlı vəziyyət Azərbaycana da təsir etməyəcək ki? Bu, pandemiya üzərindən aparılan siyasi oyundur, ya necə?
Şanxay təhlükəsi bizdə gözlənilmir!
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən deputat Müşfiq Məmmədli bildirib ki, hazırda ölkəmizdə pandemiya ilə mübarizə nəzarət altındadır. Sadəcə vaksinasiyanın əhatə dairəsini bir az genişləndirmək lazımdır: “Çində koronavirusla mübarizəyə yanaşma tərzi sıfır yoluxma fəlsəfəsi üzərində qurulub. Onlar yoluxma aşkar olunan kimi geniş təcridetmə mexanizminə yönəlirlər. Adminstrtiv təcrid metodlarından daha sərt formada istifadə olunur. Bu da müəyyən bir zaman ərzində akkumilyativ yığılma effekti yaradır. Bu yığılma effekti hesabına birdən-birə kütləvi yoluxmalar baş verir. Azərbaycanda isə proseslər tədricən karantin tədbirlərinin yumşaldılması, vaksinasiyanın sürətləndirilməsi istiqamətində aparılır. Bu minvalla yoluxaraq sağalanların və immunitet qazananların sayı artıb. Bununla yanaşı, buster doza ilə bağlı ölkəmiz müsbət nəticələr əldə edib. Ona görə də Şanxaydakı bu təhlükə bizdə gözlənilmir”.
Mütəxəssis qeyd edib ki, tezliklə tibbi maska ilə bağlı məhdudiyyətlərin də aradan qaldırılması istiqamətində addımlar atıla bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49

