Özəl tibb müəssisələri nazirin çağırışına qoşulur
02.07.2022 [11:37]
Son aylarda Səhiyyə Nazirliyinin həyata keçirdiyi islahatlar inqilab xarakterlidir
Günel ABBAS
Sağlamlıq insanların özünə nə qədər vacibdirsə, dövlət üçün də bir o qədər önəmlidir. İnsan sağlamlığını şərtləndirən amillərdən biri tibbi xidmətdir. Azərbaycan dövləti də bu məsələlərin icrasında maraqlıdır. Ölkəmizin bütün bölgələrində diaqnostika işləri aparılır, tibbi müayinə proqramı icra edilir. Hər il milyonlarla insan pulsuz müayinədən keçir, onların xəstəlikləri aşkarlanır və sonra müalicə təyin edilir. Həm avadanlıq, həm təchizat, eyni zamanda, xəstəxanaların şəraiti baxımından hər şey yüksək səviyyədədir. Bu mənada dövlət xəstəxanalarını müasirliyinə, fərqliliyinə görə Azərbaycan standartı adlandıra bilərik.
Son zamanlarda İcbari Tibbi Sığorta ilə rahat şəkildə ödənişsiz tibbi xidmətlərdən yararlanma dövlət xəstəxanalarına axını bir qədər də sürətləndirib. Bu halda dövlət xəstəxanalarında sıxlıq çox olduğundan bəzi xəstələr özəl klinikalara üz tutmağı seçirlər. Vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti təkcə dövlət xəstəxanalarında diqqətdə saxlanılmır. Özəl xəstəxanaların fəaliyyətinə də aidiyyəti orqanlar tərəfindən nəzarət olunur.
Ötən gün səhiyyə naziri Teymur Musayev özəl xəstəxanaların fəaliyyəti barədə danışarkən diqqətə çatdırıb ki, aparılan araşdırmalar özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğunu göstərir. Nazir bildirib ki, Səhiyyə Nazirliyinə müxtəlif özəl qurumlardan, qeyri-hökumət təşkilatlarından, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən mütəmadi müraciət və təkliflər daxil olur. Həmin müraciətlər təhlil olunur və lazımi addımlar atılır. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi belə bir birliyin yaradılmasını vacib hesab edir və hər bir özəl tibb subyektini bu kimi platformalarda aktiv iştiraka çağırır.
Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, son aylarda Səhiyyə Nazirliyinin həyata keçirdiyi islahatlar inqilab xarakterlidir: “Tibbi Transformasiya və Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması istiqamətində aparılan işlər, eləcə də özəl tibb müəssisələrinin birliyinin yaradılması təklifi olduqca önəmlidir. İndi Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlar publik hüquqi şəxs olduğundan həm sığorta vasitəsilə, həm də ödənişli xidmət həyata keçirirlər. Bu mənada Tibb Müəssisələrinin Akkreditasiyası müəssisələrin rəqabətliliyini gücləndirir. Özəl tibb strukturlarının birliyinin yaradılması təşkilatlanma, nazirliklə əməkdaşlıq baxımından da çox önəmlidir. Özəl müəssisələrin tibbi xidmətlər zamanı hansı standartlarla çalışması məsələsində dağınıqlıq var. Bu baxımdan Səhiyyə Nazirliyinin atılan addımları dəstəklənməli, dövlətin tənzimləyici rolunu həyata keçirən orqan kimi nazirliyin fəaliyyətinin istiqamətləri və funksiyası artırılmalıdır”.
Özəl tibb müəssisələri nə deyir?
“Caspian İnternational Hospital”dan bildirilib ki, müəssisə səhiyyə nazirinin təklifini dəstəkləyir və bu çağırışa qoşulur: “Belə bir birlik ölkə ərazisində özəl tibb müəssisələrinin qarşılıqlı əlaqəsinin inkişafına, əhalinin sağlamlığının qorunması sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət-özəl dialoqunun təşviqinə töhfə verəcək. Bununla yanaşı, qarşılıqlı koordinasiya nəticəsində tibb müəssisələrində olan problemlərin aradan qaldırılmasına, bu istiqamətdə birgə çalışmalara nail olmaq da mümkündür”.
“İstanbul NS” klinikasından verilən məlumata görə, səhiyyə nazirinin özəl tibb müəssisələrinin inkişafı ilə bağlı irəli sürdüyü təklif və proqram müəssisə tərəfindən dəstəklənir: “Səhiyyə Nazirliyinin əhalinin sağlamlığını təmin etmək üçün həyata keçirdiyi genişmiqyaslı tədbirləri xüsusi qeyd etmək lazımdır. Nazirliyin çoxsaylı islahatları arasında özəl müəssisələrə diqqəti hər zaman müşahidə edirdik. Bu mənada növbəti addımın məhz özəl tibb müəssisələrinin birgə fəaliyyətinə yönəlməsi də təsadüfi deyil”.
Xəbər lenti
Hamısına baxSosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07

