Tariximizi korlayanlar!
28.07.2022 [10:39]
Sosioloq və hüquqşünas yanaşması...
Yeganə BAYRAMOVA
İnsanı dünəni ilə birləşdirən, əcdadlarının yaşadığı dövrün ab-havası ilə qovuşduran tarixi abidələr həm də ölkələrin xarakterini formalaşdırır. Bir ölkənin tarixini öyrənmək, mədəni irsini müəyyənləşdirmək və dünyada təbliğ etmək üçün məhz qədim abidələrə üz tutulur. Bu səbəbdəndir ki, hər bir xalq mədəni irsinin qorunmasına, tarixi abidələrinə xüsusi həssaslıqla yanaşır. Vətənimizin hər bir bölgəsi qədim mədəniyyət abidələri ilə zəngindir. Elə bir rayonumuz və ya şəhərimiz yoxdur ki, orada tarixi-memarlıq abidələri olmasın. Onların hər biri özündə bir tarix yaşadır. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir.
Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması təsbit olunub. Ancaq tarixi və memarlıq abidələrimizin baxımsız hala salınması və yazılması kimi faktlarla qarşılaşırıq. Təəssüf ki, bir çoxları tarixi binalarımızı yazaraq ölkəmizdə olan xarici turistlərdə mənfi təəssüratların yaranmasına yol açırlar.
İki gün öncə ötən il noyabrın 7-də İçərişəhərin Qala divarlarının yazılaraq korlanmasına səbəb olan şəxslər müəyyən edilib. Qala divarlarının paytaxt sakinləri 14 yaşlı P.B, 14 yaşlı M.M və 13 yaşlı D.V tərəfindən yazıldığı aşkarlanıb. Hər üç azyaşlının valideyni ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyinə dair qərar qəbul edilib.
Bu hadisələrə ürəkağrısı ilə baxıram
Sosioloq-alim Əhməd Qəşəmoğlu “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, gənc nəslə uşaq yaşlarından etibarən tarixi abidələrimiz və memarlıq nümunələrimizlə bağlı lazımi məlumatlar verilmir. Ona görə də uşaqlar böyüdükdən, hətta əsgərliyə gedib-gəldikdən sonra onlara hansısa tarixi binalarımızı göstərəndə təəccüblə baxırlar, çünki xəbərsizdirlər: “Bütün bu məqamlarla şəxsən özüm qarşılaşmışam, gənclərə qəsdlə tarixi abidələrimiz, möhtəşəm memarlıq nümunələrimiz barədə suallar vermişəm. Ancaq onların tariximizlə bağlı məlumatları çox azdır, bu sahədə işlər aparılmır. Bunun da günahı, ilk növbədə, valideynlərdədirsə, on qat artığı təhsil sistemindədir. İndiki valideynlər son 30-40 ildə formalaşıb və bu illərdə ölkədə təhsil sistemində çox qarışıqlıq oldu, yəni valideynlərin özünün də tariximiz, memarlıq abidələrimiz və s. barədə geniş təsəvvürü yoxdur. Bir müddət Moskvada yaşamışam, orada orta məktəbdən başlayaraq uşaqları tarixi yerlərə aparıb tanış edirdilər. Bizdə isə bəzi məktəb direktorlarının, müəllimlərin tarixi mədəni irsimizlə bağlı aydın təsəvvürü yoxdur. Ona görə də belə xoşagəlməz hallar baş verir. Səbəb isə lazım olan maarifləndirici işlərin aparılmamasıdır.
Tarixi abidələrimizin, memarlıq nümunələrimizin yazılması bəzi hallarda təxribat da ola bilər. Yəni xüsusi öyrədilmiş adamlar olur, onlar müəyyən şəbəkələrin göstərişi ilə tarixi binalarımızı yazırlar, bununla da ölkəmizi gözdən salmağa çalışırlar”.
Sosioloqun qənaətincə, milli-mədəni irsimizə qarşı belə laqeyd münasibətin digər səbəbi bəzi Amerika, hətta Avropa ölkələrinin filmlərində divarların yazıldığı, şəkillərin çəkildiyini əks etdirən görüntülərdir: “Hətta bu durum bəzi Amerika ölkələrində vərdiş kimidir. Gənc nəslimiz də filmlərdə, sosial şəbəkələrdə bu görüntüləri görürlər və şüursuz şəkildə xarici ölkələri yamsılamağa başlayırlar. Lakin bilmirlər ki, hər yerdəki divarları yazmaq olmaz. Ümumiyyətlə, heç bir yerdə divarlara yazı yazmağın tərəfdarı deyiləm. Bu, çox pis bir vərdişdir. Əvvəla divarı yazan onun qədrini bilmir və hamıda qeyri-adi qabiliyyət yoxdur ki, divara heç olmasa estetik nəsə yazsın və ya çəksin. Ona görə də ağıllarına gələn əcaib şeylər çəkirlər, ölkəmizə gələnlərin də bizim haqqımızda xoş təsəvvürü yaranmır. Təəssüf ki, bu sahədə lazımi işlər aparılmır. Bir mütəxəssis olaraq belə məqamlara böyük ürəkağrısı ilə baxıram”.
Hüquqi qiymət
Hüquqşünas Adəm Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur: “Tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Bu baxımdan da tarixi abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

